Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 12:18:00
Birinci siniflər üzrə ehtiyat dərsliklər artıq hazırdı - RƏSMİ    

"İbtidai siniflər üçün  Azərbaycan dili və Riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb" .

AzEdu..az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib. O, bildirib ki, nazirlik tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, Riyaziyyat fənni üzrə isə 145 müəllim arasında 3 mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına  ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib.

Nazirlik rəsmisi qeyd edib ki, artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır:

" Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər, qalanları isə rayon məktəblərindən seçilib. Hazırda 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir".

Günel Yaşarqızı
Müəllifin digər yazıları