Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-12 14:56:00
MİQ imtahanına hazırlaşanların nəzərinə: Təlimçi kurikulumdakı dəyişiklikləri açıqladı

Müəllim olmaq istəyən namizədləri son günlər narahat edən əsas məqamlardan biri də kurikulumdakı dəyişiklik və yeni qaydalarla bağlıdır.

Məşhur təlimçi Günel Əliyeva kurikuluma tətbiq edilən dəyişikliklər barədə AzEdu.az-a danışaraq onları təhlil edib. Bildirib ki, dəyişikliklər bəzi qaydalara əlavələrin edilməsi ilə bağlıdır. Nümunə olaraq onlardan bəzilərini MİQ imtahanı verəcək namizədlərin nəzərinə çatdırıb:

“Məsələn, əvvəlki qaydalara əsasən biliyin 3 kateqoriyası var idi:

-Deklorativ( Faktoloji)

-Prosedural

-Kontekstual(Konseptual)

İlk kateqoriyaya ilkin anlayış, termin və faktlar, II kateqoriyaya öyrənilən biliyin tətbiqi, III kateqoriyaya isə deklorativ və prosedual biliyin əsasında qurulan, problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklər aid idi.

Dəyişikliyə görə isə, ardıcıllıq aşağıdakı kimidir:

-Faktoloji

-Konseptual

-Prosedural

-Metakoqnitiv

Faktoloji- müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Mühüm anlayış və faktlar, terminologiya və təriflər, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar.

Konseptual- Bura müəyyən bilik sahəsinə uyğun faktları ümumiləşdirən təsnifatlar, prinsiplər, ümumiləşdirmələr, nəzəriyyə, model və strukturlar daxildir.

Prosedural- hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.

Metakoqnitiv- İdrak prosesinin gedişatına, dərketmə qabiliyyətinin refleksiyasına və dərk edilməsinə kömək edən biliklərdir.

Yeni qaydaları bədiilik, yaradıcı təxəyyülümlə sadə formada izah etmişəm. Bu, onların hər kəs tərəfindən qavranılması və dərk edilməsinə səbəb olacaq.

Əvvəlki qaydalara görə, biliyin kateqoriyalarının ifadə etdiyi məna belə idi:

1.Fənn üzrə məlumat əldə edirəm- deklorativ(faktoloji) bilik;

2.Sonra öyrəndiyi tətbiq edirəm- procedural;

3.Daha sonra öyrəndiyimin və tətbiqimin nəticəsində yeni biliyim ortaya çıxır, bu bilik mənim öz əlavəm, öz yaradıcılığımdır- kontekstual( konseptual) bilik;

Yeni qaydalara əsasən, biliyin kateqoriyalarının ifadə etdiyi məna belədir:

1.Fənn üzrə məlumat əldə edirəm-faktoloji bilik;

2.Sonra öyrəndimi sistemləşdirir,  ümumiləşdirir, daha dərin köklərinə varıram- konseptual bilik;

  1. Daha sonra tətbiq edirəm- procedural;
  2. Ən son mərhələdə isə səhvlərimdən nəticə çıxarıram, təhlil edirəm- metakoqnitiv”.

Təlimçi bildirib ki, daha bir dəyişiklik idrak taksonomiyası ilə bağlıdır. Taksonomiyanın reviziyasına əsasən, (yenidən baxılması) sonuncu səviyyədə dəyərləndirmə deyil, sintez yerləşir:

“Bu dəyişiklik psixologiya elmində təsdiq olunmuş faktla tam uzlaşır: koqnitiv proseslərin ən yüksək pilləsi-yaradıcı təfəkkürdür. Biz nəyisə hərtərəfli dəyərləndirərkən, onun müsbət və mənfi tərəflərini müəyyən edirik, daha sonra onu yenidən daha mükəmməl səviyyədə yaradırıq.

Həmçinin, taksonomiya səviyyələri isimlərlə yox, fellərlə ifadə olunub.

Məsələn: “anlama” əvəzinə “anlamaq”, “analiz” əvəzinə “təhlil etmək” və s.

Bununla yanaşı, bəzi komponentlərin adı dəyişilib, “sintez” sözü “yaratmaq” anlayışı ilə əvəz olunub”.

Təlimçi bildirib ki, əsas dəyişiklik qiymətləndirmə mövzusu ilə bağlıdır. Kurikuluma formativ qiymətləndirmə ilə bağlı isə yeni qaydalar əlavə olunub:

“Nümunə üçün formativ qiymətləndirmə metod və texnikalarından bir neçə misal gətirim:

Qeyri-verbal və kinestetik metod texnikalar- fərdi ağ lövhə və jestlər, kodlar, işarələr, səslər, fiziki hərəkətlər, rəqs və s.

Qeydiyyat üsulları-Rubriklər, Meyar cədvəli, Portfolio, Qeyd kartları, Öyrənmə jurnalı və s.

Formativ qiymətləndirmə metodlarının digər təsnifatları da mövcuddur.

1.Ümumiləşdirmə və refleksiya üsulları

2.Siyahılar, diaqramlar və qrafiki orqanayzerlər.

3.Məlumatın vizual təqdimatı.

4.Əməkdaşlıq əsasında fəaliyyətlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları