Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-12 09:35:48
Bağçalarda çox cüzi hissəsi tətbiq olunan gündəlik normalar – Vacib rejim qaydaları  

Qidalanma və uşaqların gündəlik rejimindəki qanunauyğunluqları nəzərə alan valideynlər daha çox özəl bağçalara üstünlük verirlər. Halbuki, uşaqların günlük rejim normaları Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli, 171 nömrəli qərarında göstərilib; bu standartlar həm özəl, həm də dövlət bağçaları üçün nəzərdə tutulub.

 Çoxları bu qərardakı bəzi nüansların  müasir dövrlə uzlaşmadığını, yeniliyə ehtiyac olduğunu desələr də, uşaqların günlük rejimində idman, fiziki məşğələ saatları belə nəzərə alınıb.

Qərarda göstərilib ki, gündəlik rejim uşağın yaş xüsusiyyətlərinə uyğun olmalı və onun inkişafına kömək etməlidir.

Daha kiçik yaşlı uşaqlarla ümumi rejim işlərinə digərlərindən 5-10 dəqiqə əvvəl başlanılmalıdır. Müxtəlif yaşlı körpə uşaqların qrupunda günün rejimi aşağıdakı kimi müəyyənləşməlidir.

Uşaqlar gündə 2 dəfə 4-4,5 saatdan az olmayaraq gəzintidə olmalıdırlar.Bu gəzinti  günün I yarısında nahara qədər, günün II yarısında isə gündüz yuxusundan sonra və ya uşaqların evə qayıtmasından əvvəl nəzərdə tutulub. Havanın temperaturu 5°C-dən aşağı, küləyin sürəti 7 m/s-dən çox olduqda, gəzintiyə az vaxt ayrıla bilər. Şaxtalı, küləkli hava şəraitində isə uşaqları gəzintiyə çıxarmaq qadağandır. Gəzintinin sonunda uşaqlar otağa qayıtmazdan əvvəl hərəkətli oyunlar mütləqdir.

Məktəbəqədər yaşlı uşaqlar gün ərzində  12-12,5 saatyatmalıdırlar. Bunun 2,-2,5 saatı isə gündüz yuxusuna ayrılır. 1 yaşdan 1,5 yaşa qədər olan uşaqlarda gündüz yuxusu 2 dəfə günün I və II yarısında, ümumi müddəti 3,5 saat olmaqla təşkil edilir. 1,5 yaşdan 3 yaşa qədər olan uşaqlar isə gündə bir dəfə, 3 saatdan az olmayaraq yatmalıdırlar. Çətin yuxuya gedən və ayıq yatan uşaqları digərlərindən əvvəl yatağına salmaq və hamıdan sonra oyatmaq tövsiyə edilir. Yaşca nisbətən böyük uşaqlar bir qədər tez oyadılmalıdırlar. Uşaqlar yatdıqda tərbiyəçinin yataq otağında qalması mütləqdir.

3-6 yaşlı uşaqların müstəqil fəaliyyəti (oyunlar, dərsə hazırlıq və s) üçün 3-4 saat vaxt ayrılır.

1,5 - 3 yaş arası körpələr üçün həftə ərzində hər biri 8-10 dəqiqə olmaqla 10 məşğələ nəzərdə tutulub. Bunlar nitqin inkişafı, didaktik oyunlar, hərəkətlərin inkişafı, musiqi qavraması və s. ilə bağlı ola bilər. İlin isti vaxtlarında məşğələlərin əksəriyyəti gəzinti zamanı həyətdə keçirilə bilər. Məşğələlər eyni vaxtda 5-6 uşaqdan artıq olan qruplarda keçirilməlidir.

1-2 yaşlı körpələr üçün həftəlikmaksimmum8, 2-3 yaşlılar üçün 9,  3-4 yaşlılar üçün 10, 4-5 yaşlılar üçün 10, 5-6 yaşlı uşaqlar olan məktəbəhazırlıq qrupu üçün isə 12 məşğələkeçirilməlidir.Məşğələlər 1-2 yaşlı uşaqlar üçün səhər və axşam, qalan yaş qrupları üzrə isə yalnız səhər saatlarında keçirilir.

5-7 yaşlı uşaqlara gündə bir dəfədən artıq olmayaraq və həftədə maksimum 3 dəfə kompüterlə məşğələləri keçirilməlidir. Məşğələlərdən sonra gözlər üçün gimnastika hərəkətlərinəzərdə tutulub. 5 yaşlı uşaqlar üçünbu oyunlar 10, 6 yaşlılar üçün isə 15 dəqiqədən artıq olmamalıdır. Xroniki patologiyası olan və tez-tez xəstələnən (ən azı ildə 4 dəfə) uşaqlar üçün bu müddət daha da azalır. Uşaqlar kompüterlə məşğul olarkən tərbiyəçinin iştirakı vacibdir.

Dərs ilinin ortalarında məktəbəqədər yaşlı uşaqlara birhəftəlik tətil verilir və bu zaman onlarla yalnız idman, musiqi, təsviri sənət məşğələləri keçirilir.

Məktəbəqədər yaşlı uşaqların televiziya verilişlərinə baxmasına gündə 2 dəfədən çox olmayaraq icazə verilir.

Yuxarı və hazırlıq yaş qrupları uşaqlarınyeməkxana üzrə növbətçilik, qabların masalara düzülməsi, məşğələlərə hazırlaşmaqda köməkliyin göstərilməsi, yaşıllığa qulluq kimi xidmətlərdə iştirakı da mütləqdir. Bu tip ictimai-faydalı əməyin müddəti isə gün ərzində 20 dəqiqədən artıq olmamalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları