Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 14:17:00
Bu həftə ərzində keçiriləcək imtahanlar, müddəti bitəcək ərizə qəbulları – DİM-in 7 günü

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə təşkil olunacaq imtahanların dəqiq tarixləri açıqlanıb.

AzEdu.az abituriyentlərin istəyini nəzərə alaraq bu həftə keçirilməsi nəzərdə tutulan tədbirlərin və imtahanların tarixlərini təqdim edir:

Fevralın 22-dən başlayan və hazırda da davam edən orta ixtisas təhsil müəssisələrinə 9 illik bazada ərizə qəbulu bu gün gecə saat 23:59-da başa çatacaq.

Rezidenturaya hazırlaşanlar üçün baza fənləri üzrə elektron sınaq imtahanına qeydiyyat isə martın 15-i yekunlaşacaq.

14 martda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ucarda vətəndaşları qəbul edəcək.

15 martda 11 illik bazadan kolleclərə ərizə qəbuluna strart veriləcək və proses 15 aprelə qədər davam edəcək.

I, II,III və IV ixtisas qruplarına  hazırlaşan və qəbul imtahanında iştirak etmək istəyənlər 15 martdan etibarən ərizələrini elektron formada təqdim edə bilərlər. Ərizə qəbulu 15 aprelə qədər davam edəcək.

Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında IX sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi 17 martda keçiriləcək.

Dövlət qulluğuna elektron və ya kağız daşıyıcılar vasitəsilə qəbul imtahanı 17 martda baş tutacaq.

Qeyd edək ki, ümumi qrafik DİM-in saytının “Təqvim” bölməsinə əlavə edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları