Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 14:40:00
Polşada təhsil almaq istəyənlər üçün əla fürsət – Təqaüd proqramı

Bir çox gəncin xəyalı xarici ölkələrdə təhsil almaqdır.Bu, hər gəncin istər dünya görüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

 Son illərdə məşhur olan xaricdə təhsildə təqaüd proqramları gənclərin əsas diqqət mərkəzindədir. Belə proqramlar vasitəsilə tələbələr müxtəlif ölkələrdə təhsil alır və müəyyən xərcləri qarşılanır.

Bir neçə ildə üstünlük verilən ölkələrdən biri də Polşadır. Polşada təhsil almaq üçün bir sıra təqaüd proqramları mövcuddur. Bunlardan biri də “Visegrad” təqaüdür.

AzEdu.az bu dəfə Visegrad təqaüdü haqqında zəruri məlumatları  təqdim edir:

Polşada magistr və doktorantura təhsili arzusunda olanlar  “Visegrad” təqaüd proqramına müraciət edə bilərlər. Visegrad təqaüdü 10 azərbaycanlı tələbə üçün nəzərdə tutulan proqramdır.  Təqaüdün miqdarı hər semestr üzrə 2,300 avro + 1500 avro ( təhsil haqqı) təşkil edir. Təhsil müddəti magistrlar üçün 2 il, doktorantura üçün1 il nəzərdə tutulub.

 Magistratura üçün tələb olunan sənədlər:

– şəxsiyyət vəsiqəsinin surəti;

– son 2 semestr üzrə transkript;

– universitetdən qəbul haqqında məktub.

Doktorantura üçün tələb olunan sənədlər:

– şəxsiyyət vəsiqəsinin surəti;

– iş planı daxil olmaqla universitetdən qəbul məktubu.

Qeyd edək ki, Polşada təqaüdlü təhsil imkanları əsasən yerli tələbələr üçün nəzərdə tutulub. Əcnəbi tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları isə bütün xərcləri qarşılamır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları