Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 15:25:00
Kolleclərə qəbul imtahanı verəcək şəxslərin sayı durmadan artır-Son rəqəm  

Kolleclərə qəbul imtahanlarında iştirak etmək üçün ümumilikdə 13.541 nəfər ərizəsini təsdiq edib.

 Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 13.190 nəfərdir. Bu say rus bölməsi üzrə 351 nəfər təşkil edir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları