Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 15:10:00
Buraxılış imtahanı ilə bağlı ən çox verilən suallar – Vacib cavablar AzEdu.az-da

 

Martın 3-dən etibarən, respublika üzrə IX illik bazada buraxılış imtahanlarına start verilib.

AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq, buraxılış imtahanları ilə bağlı ən çox verilən sualları və DİM-in bu suallarla bağlı rəsmi cavablarını təqdim edir:

SUAL- 2019-cu ildə IX və XI siniflər üzrə buraxılış imtahanları hansı fənlərdən keçiriləcək?

CAVAB - Buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan məktəblərdə təhsil alan şagirdlər üçün - Azərbaycan dili, Riyaziyyat və  Xarici dil fənləri üzrə, tədris rus dilində aparılan məktəblərdə təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə keçiriləcək.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan şagirdlər buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verəcəklər.

SUAL- Rayonlarda IX sinif buraxılış imtahanlarının I mərhələsi hansı tarixlərdə keçiriləcək?

CAVAB -IX sinif buraxılış imtahanlarının I mərhələsi Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarında martın 10-da keçiriləcək.

Həmin imtahan Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı  rayonlarında isə 17 martda təşkil olunacaq.

SUAL –IX sinif buraxılış imtahanlarının II mərhələsi nə vaxt keçiriləcək?

CAVAB- Bakı, Naxçıvan MR, Şirvanda iyunun 2-də, Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabranda 9-da, Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda isə 16-da təşkil olunacaq.

SUAL- Eksternant imtahanları nə vaxt keçiriləcək?

CAVAB – 9 illik bazada I mərhələ 31 martda, II mərhələ 30 iyunda keçiriləcək.

11 illik bazada bu imtahan 28 apreldə təşkil olunacaq.

SUAL- XI siniflər üzrə buraxılış imtahanları nə zaman keçiriləcək?

CAVAB- Bakı, Naxçıvan MR, Şirvan da 7 apreldə, Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabranda14 apreldə, Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda isə 21 apreldə keçiriləcək.

SUAL - 2019-cu ildə buraxılış və ya qəbul imtahanlarında Azərbaycan dilindən dinləmə mətni əsasında tapşırıqlar yer ayrılacaq?

CAVAB -2019-cu ildə buraxılış və qəbul imtahanlarında Azərbaycan dili üzrə dinləmə mətninin əlavə olunması nəzərdə tutulmayıb.

SUAL-Əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsində sərbəst xarici dil seçimi edə biləcəklər?

CAVAB-Qəbul imtahanını Azərbaycan dilində verən əvvəlki illərin məzunları xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

SUAL-Əvvəlki illərin məzunları V ixtisas qrupu üzrə imtahan verəcəkləri təqdirdə, ən yüksək bal 300 hesab olunacaq?

CAVAB-Əvvəlki illərin məzunları buraxılış imtahanı modelində əlavə imtahan verəcəklər. Bu imtahanın hesablanma qaydası da buraxılış imtahanlarına uyğun olacaq. V ixtisas qrupu üzrə imtahanlar buraxılış imtahanı modelində olduğundan, bu qrup üzrə ən yüksək nəticə 300 baldır.

SUAL-Buraxılış imtahanlarından sonra sual kitabçaları şagirdlərdə qalacaq?

CAVAB-Buraxılış imtahanın sual kitabçalarını şagirdlərə imtahandan sonra evə aparmağa icazə verilməyəcək.

SUAL-Buraxılış imtahanlarında səhv cavabların sayı, doğru cavablara təsir edəcək?

CAVAB-İstər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.

SUAL-Tədris rus dilində aparılan məktəblərdə Azərbaycan dilindən əlavə imtahan vermək məcburidir?

CAVAB-Bəli, tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan bütün şagirdlər Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

SUAL- Azərbaycan dilindən əlavə imtahan nə vaxt keçiriləcək?

CAVAB –Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin IX və  XI sinif şagirdləri üçün Azərbaycan dili imtahanı 5 mayda keçiriləcək.

SUAL-Buraxılış imtahanlarında xarici dil seçimi nəcə həyata keçiriləcək?

CAVAB-Buraxılış imtahanında şagirdlər xarici dil fənni kimi məktəbdə (müvafiq sinifdə) tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sistemində birinci qeyd edilmiş (əsas) xarici dil fənnindən imtahan verirlər. İki və ya daha çox xarici dil tədris olunan məktəbdə təhsil alan şagirdlər imtahan vermək istədikləri xarici dili müəyyən etməli və bu barədə məktəb rəhbərliyinə məlumat verməlidirlər. Belə olan halda, şagirdin imtahan vermək istədiyi xarici dil fənni məktəb tərəfindən “Şagird-məzun” sistemində birinci qeyd edilir və şagird həmin xarici dildən buraxılış imtahanı verir. 

Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq. 

SUAL-Evdə təhsil alan, yəni sağlamlıq imkanları məhdud şagirdlər qanunun tələbi ilə buraxılış imtahanından azad olurdular. İndi onlar qəbul imtahanında iştirak etmək üçün hökmən buraxılış imtahanı verməlidirlər? 

CAVAB-Hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı heç bir digər amil nəzərə alınmır. 

SUAL-Buraxılış imtahanında dinləmə mətni ilə bağlı hansı şəraitlər yaradılacaq? 

CAVAB-Buraxılış imtahanlarında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. 

Dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsi aşağıdakı mərhələlərdə aparılır:

Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə;

Dinləmə mətninin ilk dəfə səsləndirilməsi;

Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə;

Dinləmə mətninin ikinci dəfə səsləndirilməsi;

Dinləmə mətni üzrə verilən tapşırıqların yerinə yetirilməsi.

Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək.

SUAL - Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları qəbul imtahanında iştirak edə biləcəklərmi?

CAVAB- Buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.

Son olaraq  2019-cu ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının modelini ilə qeyd olunan linkdə tanış ola bilərsiniz:

http://dim.gov.az/news/2484/

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları