Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 09:45:00
Hadı Rəcəbli: “Maaşların artırılması ilə bağlı işlər aparılır” - Müəllimlərə aid olacaq?   

“Minimum əmək haqqının yaşayış minimumuna bərabərləşməsi maaşların mütəmadi  qalxmasına zəmin yaradır”.

Bu sözlərlə AzEdu.az-a çıxış edən millət vəkili, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək haqlarının artırılması ilə bağlı işlərin görüldüyünü bildirib:

“Minimum əmək haqqının yaşayış minimumuna bərabərləşməsi Azərbaycanda maaşların mütəmadi  qalxmasına zəmin yaradır.

Bununla bağlı  ayrı-ayrı qruplar tərəfindən ideyalar da səsləndirilir. Prezidentin  tapşırığı əmək haqqı məsələsinə yenidən baxılmasından ibarətdir. Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstərişlər verilib. Hazırda orda böyük işlər aparılır”.

Rəna Nəbi