Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-06 14:42:33
“Alimlərimiz öz sahələri üzrə elmi-populyar kitablar yazmalıdırlar” – Ekspertdən “Oxu günü”təklifi  

“Riyaziyyatçı, fizik, kimyaçı, şeir yazmamalıdır. Öz sahələrində elmi- populyar kitablar yazsalar, ölkəyə daha böyük xeyir verə bilərlər”.

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə, humanitar istiqamətdə ədəbiyyatların çapında müəyyən irəliləyiş var:

“Təhsil naziri Ceyhun Bayramov “Oxu günü”nün bütün respublika səviyyəsində keçirilməsi məqsədilə əmr imzalayıb. Bu layihənin həyata keçirilməsi üçün kitab dünyası daim yenilənməlidir. Humanitar istiqamətdə ədəbiyyatların çapında müəyyən irəliləyiş var. Ancaq təbiət elmləri sahəsində yeni ədəbiyyatların yazılması və çapında durğunluq hökm sürür. Dünyanın inkişaf etmiş ölkələrində bu iş paralel aparılır”.

Ekspert bildirib ki, yaşlı və orta nəsil kitab oxumur və ümid isə  gənclərədir:

“Onları isə yalnız bədii ədəbiyyata yönləndirmək düzgün siyasət deyil. Təbiət elmlərinin, texnika və iqtisadiyyatın populyarlaşdırılması istiqamətində Qərb və Amerika alimlərinin minlərlə əsərləri çap olunub. Bu əsərlərin tərcümə olunması və təbliği olduqca vacibdir. Bədii ədəbiyyat oxumaq yaxşı haldır. Ancaq təfəkkürün hərtərəfli inkişafını təmin etmir.

Riyaziyyat,fizik kimyaçı, şeiryazmamalıdır. Öz sahələrində elmi-populyar kitablar yazsalar, ölkəyə daha böyük xeyir verə bilərlər. Gözlərini açıb dünya alimlərinə baxsalar, bunun yüzlərlə nümunəsinin şahidi olarlar”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları