Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 17:17:57
“Buraxılış imtahanlarında bəzi texniki qüsurlar oldu, lakin...” – Ekspert nikbinliyi  

Buraxılış imtahanlarında şagirdlərin daha çox çətinlik çəkdiyi fənn Riyaziyyat olub. Bu da daha çox sualların açıq və yazılı olması, situasiya tipli tapşırıqların mövcudluğu ilə bağlı idi. Zənnimcə, bu il əvvəlki illərlə müqayisədə şagirdlərin suallara düzgün cavab vermə faizi daha yüksək olacaq”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, imtahan bütün binalarda yüksək səviyyədə təşkil olunub:

“Dövlət İmtahan Mərkəzinin məlumatları vaxtında elan etməsi ictimaiyyətdə imtahan prosesi ilə bağlı bilgi formalaşdırıb. Xüsusilə də ingilis dili üzrə buraxılış imtahanına dinləmə mətnlərinin əlavə edilməsininzamanında açıqlanması şagirdlərin nisbətən hazırlıqlı olmasına fürsət verdi. İmtahan binalarına giriş zamanı üztanıma cihazının tətbiq i dəalqışalayiqfaktordur”.

Elçin Əfəndi qeyd edir ki, bütün bunlarla yanaşı, imtahanda bəzi texniki səhvlərə rast gəlinib:

“Bu texniki qüsurların ümumi işə xələl gətirdiyini düşünmürəm. Bəzi kitabçalarda riyaziyyat fənnində situasiya şərtlərinin çapda düşməməsi halı var idi. Amma imtahan sualları demək olar ki, keçirilən mövzuları əhatə edirdi. Şagirdlərin daha çox çətinlik çəkdiyi fənn Riyaziyyat olub. Bu da daha çox sualların açıq və yazılı olması, situasiya tipli tapşırıqların mövcudluğu ilə bağlı idi. Zənnimcə, bu il əvvəlkilərlə müqayisədə şagirdlərin suallara düzgün cavab vermə faizi daha yüksək olacaq.

Martın 10-u və 17-si digər şəhər və rayonlarda da eyni imtahan keçiriləcək. İmtahanın eyni olması sualların da eyni olacağı anlamına gəlmir. Şagirdlər yaxşı olar ki, imtahana hazırlıqlı olsunlar. Hər birinə uğurlar arzu edirəm”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan və Naxçıvanda 9-cu sinifdə təhsil alan 37.434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

4 martdan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları