Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 13:10:00
Kanadada oxumaq istəyənlərin nəzərinə - İllik təhsil haqqı çox ucuz olan universitetlər

 

Güclü təhsil sisteminə malik ölkələrdən biri də Kanadadır.

 Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq, Kanadada illik təhsil haqqı az olan  universitetləri diqqətinizə çatdırır:

Brandon Universiteti Kanadanın Manitoba əyalətinin Brandon şəhərində yerləşir. Universitetin əsası 1889-cu ildə qoyulub. Kanadanın Brandon Universiteti sənət, musiqi və elm sahəsində nüfuz qazanan ali təhsil müəssisələrindən biridir. Brandon Universitetində əcnəbi tələbələr üçün illik təhsil haqqı 8.000 CAD$ (10200AZN) civarındadır. Universitet haqqında daha ətraflı məlumatı link vasitəsilə ala bilərsiniz: https://www.brandonu.ca/

Kanada da distant təhsil üçün  ixtisaslaşan ilk dövlət ali məktəblərdən biri də Athabasca Universitetidir.  Universitetdə əcnəbi tələbələr üçün illik təhsil haqqı 9.000-10.000 CAD$(11400-12700AZN)  təşkil edir. Daha ətraflı məlumat üçün qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz: http://www.athabascau.ca/

University of Northern British Columbia” Kanada da təhsil haqqı az olan ali təhsil müəssisələri siyahısındadır. Universitetdə əcnəbi tələbələr üçün illik təhsil haqqı  12.000 CAD$ (15300 AZN) civarındadır.

Kanadada Manitoba əyalətində 1818-ci ildə təsis edilən “Universite de Saint-Boniface” biznes, elm, incəsənət sahəsində nüfuz qazanan bakalavr proqramları ilə tələbələrin diqqətini cəlb edir. Universitetin illik təhsil haqqı 6.680 CAD$ (8500 AZN)  civarındadır. Ali təhsil müəssisəsi haqda daha ətraflı məlumata link vasitəsilə tanış ola bilərsiniz: https://ustboniface.ca/

“Newfoundland Memorial” Universiteti əcnəbi tələbələr üçün Kanada da  illik təhsil haqqı ən aşağı olan ali təhsil müəssisələrindən biridir. Universitetdə əcnəbi tələbələri üçün illik təhsil haqqı orta hesabla 8,800 CAD$ (11200AZN) civarındadır. Ali təhsil müəssisəsi haqda daha ətraflı məlumat üçün link vasitəsilə tanış ola bilərsiniz: https://www.mun.ca/

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları