Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 12:05:00
DİM bu il rekord sayda yoxlama prosesini həyata keçirəcək – Fantastik rəqəm - ÖZƏL

2019-cu ildə təşkil olunacaq imtahanlarda təqribən, 14 milyona yaxın yoxlama prosesinin həyata keçiriləcəyi nəzərdə tutulub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Məlumatda qeyd olunur ki, bu il baş tutacaq buraxılış, qəbul və sınaq imtahanlarında ümumilikdə, 14 milyona yaxın yoxlama prosesi həyata keçiriləcək. Yoxlanılacaq yazı işlərinin sayı isə 7 milyona yaxındır. Bir sual iki marker tərəfindən yoxlanıldığından ümumi qiymətləndirmədə 14 milyona yaxın yoxlama prosesi həyata keçiriləcək.

2017 və 2018-ci ildə isə sözügedən imtahanlarda təqribən 5 milyona yaxın yoxlama prosesi reallaşdırılıb. 2,5 milyona yaxın yazı işinin hər biri 2 marker tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

Bugündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları