Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 11:39:29
Buraxılış imtahanında aşağı nəticə göstərənlərə attestat veriləcək? -RƏSMİ

Martın 3-də Bakı, Şirvan və Naxçıvanda təhsil alan IX sinif şagirdləri buraxılış imtahanlarının birinci mərhələsi üzrə imtahan veriblər.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şagirdin imtahanda göstərdiyi nəticə aşağı olarsa, o,  X sinifdə təhsil almaq hüququndan məhrum edilir.

Mövzuyla bağlı DİM-dən AzEdu.az-a bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.  

Qeyd edək ki, martın 10-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları