Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-02 12:40:00
Prezident: "Cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub"

Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin şəkildə artıb. Yəni cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub.

AzEdu.az  xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi, əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxarıb.