Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 09:00:00
Bu gün rezidenturaya sənəd qəbulu başa çatır

Bu gün rezidenturaya sənəd qəbulu başa çatır.

Qəbul  imtahanlarında iştirak etmək üçün bu dəqiqələrə olan göstəricilərə əsasən, 911 nəfər ərizəsini təsdiqləyib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 782 nəfərdir. Bu say rus bölməsi üzrə 129 nəfər təşkil edir.

Qeyd edək ki, namizədlər bu gün axşam saat 23:59-dək  ərizələrini təsdiq edə bilərlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.