Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-27 17:07:00
Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!  

Qida Təhlükəsizliyi Agentliyi üzrə fevralın 5-də elan olunmuş müsabiqə üzrə müsahibənin vəzifə təlimatlarında bəzi dəyişikliklər edilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin (Bakı şəhəri istisna olmaqla) qeydiyyat və sahibkarlarla iş sektorunda mövcud olan vakant dövlət qulluğu vəzifələrinin təhsil tələblərinə humanitar və sosial, maarif, texniki, aqrar və balıq təsərrüfatı ixtisas qrupları əlavə edilib. Bu səbəbdən yuxarıda adları qeyd edilən ixtisas qruplarına daxil olan ixtisaslar üzrə təhsil almış və müvafiq sertifikat almış namizədlər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər.