Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-26 13:00:00
Elmi ictimaiyyətin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir.

AMEA-dan AzEdu.az-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri də ümumxalq yürüşündə iştirak ediblər. AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut və təşkilatların rəhbərləri və əməkdaşları Xocalı soyqırımı qurbanlarının abidəsinin önünə tər çiçəklər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.