Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-25 16:00:00
Valideyinlər uşağın potensialını nəzərə almadan, onu müəyyən ixtisası seçməyə məcbur edirlər - PSİXOLOQ

Ailələr abuturiyentləri sıxdıqda - özlərinin qazana bilmədikləri uğurları onlardan görmək istədikdə, məktəblilərdə daha çox stress yaranır. Bəzən uşağın potensialını nəzərə almadan, onu müəyyən ixtisası seçməyə məcbur edirlər. Belə olan halda bir çox tələbə öz ixtisasını könülsüz oxumağa başlayır. Bəzən stress yaşamayan bir abututuriyent belə, məhz valideynin qorxusundan həyəcan yaşayır”. 

Bu sözləri AzEdu.az-a açılaması zamanı Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi, psixoloq Gülər Məmmədova bildirib. Psixoloq qeyd edib ki, imtahan müddətində əsas məsuliyyət elə valideyinlərin üzərinə düşür:

“Abuturiyentlər müxtəlif səbəblərdən - valideynlərin xatirinə, ailə qurmamaq və ya hərbi xidmətdən yayınmaq  üçün ali məktəbə qəbul olunmağı qarşılarına məqsəd qoyurlar.  Belə deyək, müxtəlif motivlərdən dolayı irəli getmək üçün müəyyən addımlar atırlar. Bu zaman həyəcan, qorxu, stress qaçılmazdı. Biz nə qədər həyəcanlanma desək də, əksinə, onların həyəcanları artacaq.

Bir qrup abuturiyentlər də var ki, onlar nüfuzlu ali məkltəbə qəbul olunmaq, yüksək bal toplamaq istəyirlər. Onlarda həyəcan digərlərinə nisbətən az olur, çünki özlərinə güvənirlər. Ailədə onları sıxmırlar, imtahan prosesini drammatikləşdirib bir cəfəngiyat kimi, onlara təqdim etmirlər, sağlamlıqlarının imtahandan daha vacib olduğu izah edirlər Belə ailələrdə abuturiyentlərin imtahanlarında elə bir stresi, problemi olmur və imthandan rahat keçirlər”.

Ailələr abuturiyentləri sıxdıqda - özlərinin qazana bilmədikləri uğurları onlardan görmək istədikdə, məktəblilərdə daha çox stress yaranır. Bəzən uşağın potensialını nəzərə almadan, onu müəyyən ixtisası seçməyə məcbur edirlər. Belə olan halda bir çox tələbə öz ixtisasını könülsüz oxumağa başlayır. Bəzən stress yaşamayan bir abututuriyent belə, məhz valideynin qorxusundan həyəcan yaşayır. Əfsuslar olsun ki, belə valideyinlər öz övladlaını çətin vəziyyətə salırlar. Bu halda uşaq çox çətin vəziyyətə düşür və özünü bu situasiyadan çıxara bilmir.Nəticədə imtahan uğursuz sonlanır”.

G.Məmmədova bildirib ki,  yaxşı olardı ki, imtahan prosesini hər bir abuturiyent sağlam şəkildə dəyərləndirsin:

“O, öz həyatını yaşayacaq deyə həyatda öz məqsədləri, motivləri olmalıdır. Motiv insanı fəaliyyətə təhrik edən amildir. Abuturiyent, gərək, bu amilləri sağlam şəkildə dərk etsin. Biz onlara “həyəcanlanma” deyə bilmərik, imtahanın öz həyəcanı olmalıdır. Hətta dahi şəxsiyətlər belə imtahan müddətində həyəcanlanmışlar.  Tarixi məlumata əsasən deyə bilərəm ki, Napoleon belə imtahan adı gələndə qorxub və həyəcanlanırmış. Yəni bu, normal haldır. Amma bəzi insanların psixoloji dayanıqlıqları zəif olduğundan onlar imtahan həyəcanını fərqli yaşayırlar.  İmtahana gedən zaman abuturiyenrlərdə psixo-fiziki dəyişiklər, qarınağrısı, ürəlbulanma, əllərin əsməsi və s. kimi hallar olur. Bu zaman onlar özlərini itirir hətta bəzən bildiklərini də unudurlar.

Bütün bunlarə nəzərə alaraq, deyə bilərəm ki, imtahan müddətində əsas yük ailənin üzərinə düşür, müəllimin işi isə 3-4-cü dərəcəlidir. İmtahan müddətində müəllimlərin əsas vəzifəsi uşaqların həyəcanını azlatmaq, onları panikaya salmamaqdır. Eyni zamanda abuturiyentlərə ixtisas seçimlərində də kömək etməlidirlər. Bu zaman abituriyentlərin bilik, bacarıq və qabiliyyətləri də nəzərə alınmalıdır». 

Gədəbəy şəhər 1 saylı tam orta məktəbin cografiya müəllimi Tural Topçuyev müəllimləri, abuturiyentlərə yanaşarkən onların psixologiyasını nəzərə almağa çağırır. O, ümumiyyətlə, şagirdin dərsə qorxu ilə cəlb olunmasını düzgün hesab etmir: 

“Əvvəla, müəllim məktəbdə fəaliyyətini yaxşı qurmalıdır ki, şagird dərsə öz istəyi ilə gəlsin. Xüsusən də, X-XI sinif şagirdləri qorxuyla dərsə cəlb oluna bilməz. Məktəbdə dərsin keyfiyyəti yüksəldilməli, şagirdlərin stresini atan psixoloji addımlar atılmalıdır. Fikrimcə, şagirdə aşılamaq lazımdır ki, o, dərsə sevərək gəlsin. Məsələn, mən coğrafiya fənnini tədris etsəm də, kimya öyrənən uşaq da mənim dərsimə gəlir. Çünki dərsimə qarşı maraq yaratmışam.

Hər şagird bir psixologiyaya malikdir. Müəllim şagirdin psixologiyasına uyğun addım atmalıdır. Şagird var ki, gülərək danışırsan, şagird var bir az tənqidi yanaşırsan, bəzən motivasiya edir, özgüvən verirsən. Məsələn mən, şagirdlərə özgüvən verirəm: ötənilki abuturiyentlərimdən misallar çəkirəm, nümunələrər sübut edirəm ki, uğur qazanmaq mümkündür”.

Rəna Nəbi