Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-25 17:14:00
"Sınaq imtahanında ən az abituriyentin iştirak etdiyi bölgə Şamaxıdır" - DİM sədri

"Sınaq imtahanında iştirak edən 28.337 abituriyentdən 25 mini XI sinif şagirdidir. Onlardan 1200 nəfəri əvvəlki ilin məzunu olsa da, 2000 nəfəri X sinifdə təhsil alır. İmtahanda iştirak edənlərdən 92 nəfər IX, 2 nəfər isə VIII sinifdə oxuyur. Bu rəqəmlər sınağa marağın kifayət qədər olduğunu göstərir"

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in Facebook səhifəsi vasitəsilə yayımlanan canlı yayımda çıxışı zamanı deyib. Sədr 10 fevralda yeni tədris proqramları üzrə keçirilən sınaq imtahanlarında müşahidə olunan statistik göstəriciləri diqqətə çatdırıb:

"Bu il XI sinif şagirdlərinin sayı 80 mindən çoxdur. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, onlardan təxminən 25%-i imtahan prosesində iştirak edib. Bakı şəhəri üzrə 10.726 nəfər imtahana qatılıb. Bu o deməkdir ki, XI sinif üzrə imtahanda iştirak edənlərin təxminən yarısı Bakı məzunlarıdır.  

Sınaq imtahanında iştirak edən 11.706 nəfər isə regionların payına düşür. İmtahanda ən az abituriyentin iştirak etdiyi bölgə Şamaxı şəhəridir(231 nəfər). Sumqayıt üzrə isə  1603 nəfər sınağa qatılıb".

Qeyd edək ki, fevralın 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı keçirilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları