Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-25 16:54:12
"Bu il ən yüksək müsabiqə vəziyyəti IV ixtisas blokunda olacaq"-Məleykə Abbaszadə

“Tam dəqiqliklə demək mümkün olmasa da, bu il üzrə ən yüksək müsabiqə vəziyyətinin IV ixtisas blokunda yaranacağını söyləmək mümkündür”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in Facebook səhifəsində canlı yayımdakı çıxışı zamanı deyib. Sədr 10 fevralda yeni tədris proqramları üzrə keçirilən sınaq imtahanlarında ixtisas qrupları üzrə statistik məlumatları diqqətə çatdırıb:

"I ixtisas qrupu üzrə qapalı tipli test tapşırıqlarını 37,19%, açıq tipli kodlaşdırılan tapşırıqları 30 %, tamamilə yeni tapşırıqları  20%  abituriyent cavablandıra bilib.

II ixtisas qrupu üzrə qapalı tipli test tapşırıqlarına 41%, açıq tipli kodlaşdırılan tapşırıqlara  29 %, tamamilə yeni tapşırıqlara isə 21% abituriyent düzgün cavab verib.

III ixtisas qrupu üzrə qapalı tipli test tapşırıqlarını 47%, açıq tipli kodlaşdırılan tapşırıqları  25 %, tamamilə yeni tapşırıqları  42% abituriyent cavablandıra bilib. Bu qrup üzrə göstəricilər yüksəkdir.

IV ixtisas qrupu üzrə qapalı tipli test tapşırıqlarını 55%, açıq tipli kodlaşdırılan tapşırıqları 35 %, tamamilə yeni tapşırıqları  46% abituriyent doğru cavablandırıb.

Hələ tam dəqiqliklə demək mümkün olmasa da, bu il üzrə ən yüksək müsabiqə vəziyyətinin IV ixtisas qrupunda yaranacağını söyləmək mümkündür".

Qeyd edək ki, fevralın 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı keçirilib. İmtahanda 28337 abituriyent iştirak edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları