Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 11:15:00
Sabah  abituriyentlərin sualları canlı yayımda cavablandırılacaq

Sabah saat 16:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə sınaq imtahanı ilə əlaqədar canlı yayım olacaq.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda sınaq imtahanının nəticələrinin elmi-statistik analizini izləyicilərə təqdim edəcək. Bundan əlavə, DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, həmçinin açıq tipli tapşırıqlarla bağlı geniş izahat veriləcək.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqları ilə əlaqədar abituriyentlər suallarını “Facebook”da verilən müvafiq postun altına yaza və ya [email protected] ünvanına göndərə bilərlər. Suallar canlı yayımda DİM-in əməkdaşları və ekspertlər tərəfindən cavablandırılacaq. Sualına dolğun cavab tapmaq istəyən abituriyent onu tam aydın və dəqiq ifadə etməlidir. Bölmə, ixtisas qrupu, fənn və test tapşırığının nömrəsi göstərilməlidir.