Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 10:15:00
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, «Mənim əsas vəzifəm yaxşı vətəndaş yetişdirməkdir” devizini özünə amal seçən Təbriz Nurəddinliyə həsr olunur.

Təbriz Nurəddinli 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 57 bal toplayıb.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.