Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 11:43:00
“Orta məktəb şagirdləri arasında sosiallaşma çox aşağıdır” - Tahir Mirkişili

Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin fevralın 19-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib. Qanun layihəsinin müzakirəsi zamanı bir çox millət vəkilləri özünün təklif və iradlarını bildiriblər. 

AzEdu.az xəbər verir ki, millət vəkili Tahir Mirkişili qanin layihəsinə sosiallaşmanın əlavə olunmasını təklif edib: 

““Ümumi təhsil haqqında”qanun layihəsi təhsilin bu gün ən böyük qoludur. 1 milyon 500 min şagird oxuyur, eyni zamanda 100 mindən çox müəllim öz fəaliyyətini burda davam etdirir. Ona görə hesab edirəm ki, qanun layihəsi kifayət qədər əhatəlidir. Müasir çağdaş dövrün bir çox tələbləri bu sənəddə öz əksini tapıb. 

Bu gün Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkələrdə istifadəçilərimizin sayı 3 milyon nəfərə yaxındır. Bu istifadəçilər arasında orta məktəbdə oxuyan şagirdlər və məktəbi qutaran gən insanlar var. Bu gün internetin bizə verdiyi üstünlüklə yanaşı mühüm bir problem ortaya çıxardı ki, buda şagirdlər arasında sosiallaşmanın çox aşağı səviyyədə olmasıdır. Müşahidələrimiz göstərir ki, bu gün orta məktəb şagirdləri bir-birilə danışanda daha çox telefon və sosial şəbəkələrdən istifadə edirlər. Təklif edirəm ki, qanun layihəsinə sosiallaşmanı da əlavə edək və orta məktəbdə bununla bağlı daha çox işlər görülsün”