Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-17 14:36:00
Dərsi əyləncəli təşkil etmək istəyən müəlimlər üçün: Pico Fermi Beagle oyunu

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az əsəsən riyaziyyat müəllimlərinin istifadə edə biləcəyi maraqlı oyun növünü təqdim edir:

Pico Fermi Beagle (PFB) oyunu

Uyğun sinif: IV-VII siniflər

İştirakçı sayı: 1 nəfərdən çox (1 nəfər şərhçi, digər(lər)i proqnoz verən)

Oynamaq üçün lazım olan vəsaitlər: qələm və yazı taxtası

Oyun necə oynanılır?

Şagirdlərdən biri izah üçün löhvəyə çıxarılır. Həmin şagird 3 rəqəmli (daha çox da ola bilər)  bir ədəd ağlında tutar və həmin ədədi qeyd edərək, parta arxasında əyləşən sinif yoldaşlarından gizləyər.

Aparıcı şagird ağlında tutduğu ədədin, digər uşaqların dediyi təxminlərlər uyğunluğunu izah etmək üçün yalnız 3 istiqamətdə fikir bildirə bilər: Pico, Fermi, Beagle

Pico (P): Proqnozda deyilən ədədin rəqəmlərindən biri doğrudur (yəni aparıcının nəzərində tutduğu rəqəmdir), lakin rəqəmin ədəddəki yeri fərqlidir.  

Pico Pico (PP): Proqnozda deyilən ədədin rəqəmlərindən ikisi doğrudur (yəni aparıcının nəzərində tutduğu rəqəmdir), lakin rəqəmlərin ədəddəki yeri fərqlidir.  

Pico Pico Pico (PPP): Proqnozda deyilən ədədin rəqəmlərindən üçü də doğrudur (yəni aparıcının nəzərində tutduğu rəqəmdir), lakin rəqəmlərin ədəddəki yeri fərqlidir.  

Fermi (F): Proqnozda deyilən ədədin rəqəmlərindən biri doğrudur (yəni aparıcının nəzərində tutduğu rəqəmdir) və rəqəmin ədəddəki yeri eynidir.  

Fermi Fermi (FF): Proqnozda deyilən ədədin rəqəmlərindən ikisi doğrudur (yəni aparıcının nəzərində tutduğu rəqəmdir) və rəqəmin ədəddəki yeri eynidir.  

Beagle (B): Proqnozda deyilən ədədin rəqəmləri qeyd edilən ədədlə heç bir uyğunluğu yoxdur.

Nümunə: Qeyd edilən ədəd 246, təxmin isə 126 –dır.

Belə olan halda, şərhçi “Pico Fermi (PF)”  deməlidir.

Burada, Pico üçün 2, Fermi üçün 6 nəzərdə tutulur.

Oyunun məqsədi ən az sayda proqnoz ilə qeyd edilən ədədi tapmaqdır.