Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-17 10:11:00
Deputat summativlərin çoxluğu barədə: “İmtahanların tez-tez keçirilməsi uşaqlarda eqo hissini artırır”

“Əlavə məşğələlər və əyləncəli mövzularla müvafiq mövzuları uşaqlara mənimsətmək olar. Həmçinin, informasiya dövrü olduğundan orta məktəblərdə robotexnika dərslərinin də keçirilməsi təqdirəlayiq olardı”.

Bu sözləri AzEdu.az açıqlaması zamanı Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O, bildirib ki, şagirdlər dərs prosesini sevmədikdə ən asan informasiya da onlara çətin görünür:

“Dərslər seviləndə isə, əksinə, verilən informasiya azlıq təşkil edir. Özüm də övladlarımın dərs prosesindən şahidi olmuşam ki, dərslərin çoxluğu ilə bağlı ciddi problemləri yoxdur. Sadəcə, uşaqlara fənni, bilikləri mənimsəməyi sevdirmək lazımdır. Onlar dərsi sevərək oxumalı və bilikləri mənimsəməlidirlər. Əlavə məşğələlər və əyləncəli mövzularla dərsi uşaqlara mənimsətmək olar. Həmçinin, informasiya dövrü olduğundan orta məktəblərdə robotexnika dərslərinin də keçirilməsi təqdirəlayiq olardı.Təhsil Nazirliyi də buna çox ciddi önəm verir. Övladlarımızın robotların yığılması , 3d qrafika ilə ilkin proqramlaşdırmanı öyrənmələri gələcək üçün çox vacibdir”.

Deputat, həmçinin, müəllim peşəsinə marağın artmasından da söz açıb:

“Müəllimlərin maaşındakı artımdan sonra, gənclərin bu sahəyə marağı çoxdur. İstənilən halda müəllimlik şərəfli peşədir. Hər bir peşənin çətinliyi olduğu kimi, bu sahənin də özünəməxsus çətinlikləri var. Summativlərə gəldikdə isə, bu, bizim üçün, şəxsən, çox da problem yaratmmır. Amma tez-tez eşidirik ki, valideyn və müəllimlər bununla bağlı narazılıq edirlər. Riyaziyyat müəllimlərindən başqa digər fənni tədris edənlər daha çox şikayətçidirlər ki, hesablama qaydası onlar üçün çətindir, çünki çox vaxt sərf edirlər. Yenə təkrar edirəm, şagirdlərə fənni sevdirdikdən sonra summativlər heç bir problem yaratmaz. Çünki məqsəd onların biliklərini yoxlamaqdır. Ümumilikdə isə bu prosesi çox da gərginləşdirmək lazım deyil.Çünki çoxlu sayda imtahanlar təşkil etdikdə, uşaqlar arasında birincilik, ikincilik hissi yaranır və bu, eqo hissini artırır”.