Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 09:42:52
Uşaqlarımız hansı kitabları oxuyur? - “Kitabın izində” - Reportaj

“İnsanlar daha çox sevgi romanları, nağıl və dedektiv oxuyur”. 

İnsanın dünyagörüşünə, daxili zənginliyinə səbəb olan amillərdən biri də  onun uşaqlıqdan kitab mütaliə etməsidir. Kitablara qarşı marağın yaranması üçün aşağı yaşlardan başlayaraq, həm valideynlərin, həm də müəllimlərin uşaqlara kitabları sevdirməlidir. Burada yaşa uyğun kitab seçimi də əsas faktorlardan biridir. Mütəxəssislərin fikrincə, aşağı yaşlardan  kitab mütaliə etmək oxuma vərdişlərini də artırır. Bu, dərslərdə ümumi müvəffəqiyyət ortalama göstəriciyə də  təsir göstərir. Məktəblilərin daha çox hansı kitablara və hansı dildə oxumağa üstünlük verdiyini öyrənmək üçün bir neçə kitab evində olduq.

Mədəniyyət - oxunmuş kitabların kəmiyyəti deyil, mənasını, ideyasını anladığımız kitabların kəmiyyətidir.

1.JPG

Kitabevim.az-ın satış məsləhətçisi Şəmistan Vəliyev:  “Məktəblilər ən çox məlumat kitabları, ensiklopediyalar, məktəbdən tapşırılan test kitabçaları və bir az da bədii ədəbiyyata üstünlük verirlər. Uşaqların yaşlarına uyğun qısaldılmış nağıllar var. Aşağı siniflərdə ensiklopediyalara maraq daha çoxdur. “Bunları bilmək maraqlıdır” ensiklopediyası isə bütün yaş qruplarına aiddir və çox satılır.  Hansı kitabın daha çox satıldığını demək olmur, çünki çoxdur. “Cinayət və Cəza” kimi əsərlər uşaqlar üçün qısaldılır, onlara uyğunlaşdırılır.

2.JPG

“Zəka” kitab evinin rəhbəri Ceyhun Vəliyev: “Ensiklopediyalar daha çox satılır. Məktəblilər dərsləri, hazırlıqları çox olduğu üçün bədii kitab oxumağa vaxt çatdıra bilmirlər. Azyaşlılar  üçün nağıl kitabları alanlar az olur”.

3.JPG

28 May Kitab Evinin nümayəndəsi Pərviz Bəbirov: “Məktəbəqədər uşaqlar üçün xalq nağılları var. 1-ci sinifdən yuxarılar isə dünya ədəbiyyatını seçir. Rus dilində ensiklopediyalar  çox satılır. Dünya yazarlarının qısaldılmış əsərləri ucuz olur və çox satılır. Yuxarı siniflər ən çox abituriyentlərdir. Onlar da fənn kitabçalarından istifadə edirlər. Azərbaycan dilində bədii kitablar daha çox satılır.

4.JPG

5.JPG

“Əli və Nino” Kitab Evi satış məsləhətçisi Rəvan Cavid: “Burada iki yerə ayrılır: azərbaycanlılar və digərləri. Azərbaycanlılar məktəbəqədər təhsildə nağıllar alırlar. Uşaq 1-ci sinfə gedən kimi  kitab almağı dayandırırlar. Çox az olur. Orada olduğum müddətdə 2-3 ailə gəlib ki, bədii kitab alırıq. Azərbaycanda yaşayan rus, digər millətlərdən olan ailələr çox tez-tez kitab alırlar. Məktəbəqədər təhsildə yenə nağıllar  üstünlük təşkil edir. 1-ci sinfə daxil olduqdan sonra isə ensiklopediyalara  əsas yer tutur. 10-11-ci sinifdən sonra sərbəst olurlar və müəyyən qədər ciddi ədəbiyyat alırlar.

foto 6.jpg

“Rus və azərbaycan dilində əsərlər daha çoxdur”

Şəmistan Vəliyev: Azərbaycan dilində ədəbiyyat əsas yer tutur. Rus və Azərbaycan dilində əsərlər daha çoxdur. Bir əsərə dörd dildə rast gəlmək olur.

 7.JPG

Ceyhun Vəliyev: “Uşaqlar rus və Azərbaycan dilində kitablara daha çox önəm verir. İngilis dilində vəsait isə  azdır. Axır vaxtlar türkcə bədii kitablar oxuyurlar”.

Pərviz Bəbirov: “Azərbaycan dilində kitablar  çox satılır. Rusdillilər rus nağıllarını oxuyurlar. Türkcə kitabları isə  tələbə qızlar oxuyur”.

Kitab oxumağa alışmaq, oxumağı daha yaxşı öyrənmək üçün ən yaxşı dövr 4-6 yaşdır

Şəmistan Vəliyev: “ Kitab alanlar arasında 7,8,9-cu siniflər daha azdır. Uşaqlar isə valideynləri ilə gəlib seçim edirlər.

Ceyhun Vəliyev:  “5-6-cı siniflərdə kitab oxuyanlar daha çoxdur. Ümumilikdə isə kitab oxuyan məktəblilər azlıq təşkil edir. Son 1-2 ildə kitab oxumağa maraq artıb”.

Pərviz Bəbirov: “Kitab alanlar içərisində də rus sektorunun məktəbliləri daha çoxdur. İldən-ilə kitab alan uşaqlar artır”.

Rəvan Cavid: “10-11-ci sinifdən sonra  uşaqlar sərbəst olurlar və müəyyən qədər ciddi ədəbiyyat alırlar. Ümumilikdə məktəblilər azlıq təşkil edir”.

“Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır”

Şəmistan Vəliyev: “Bədii ədəbiyyatda  dünya yazıçılarının əsərlərinə üstünlük verilir. Xarici yazarlar burada müəyyən qədər yer alır. Məktəblilər mövzu baxımından macəra dolu kitablar alırlar”. 

Ceyhun Vəliyev: “Dünya yazarlarının qısaldılmış əsərlərinə tələbat daha yüksəkdir. Dedektiv əsərlər də qısaldılır,amma uşaqlara aid olmayan hissələr çıxardılır. İxtisarla verilir”.

Pərviz Bəbirov:  “Dünya ədəbiyyatına üstünlük verilir. Mark Tven, Andersona tələbat çoxdur.  Azərbaycan dillində 7-8 adda ensiklopediya var. Mövzu ən çox dedektiv, sevgi romanlarıdır. Klassiklərin əsərləri də alınır. Hazırda Elxan Elatlı, Çingiz Abdullayevə üstünlük verilir”.

“Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al!”

Şəmistan Vəliyev: “Qiymətlərinə görə isə ensiklopediyalar daha bahadır”.

Ceyhun Vəliyev: “Ən çox “Altun nəşriyyatı”  əsərləri uşaqlara uyğunlaşdırılaraq qısaldılmış formada nəşr edir. Qiymətlər də müxtəlif olur. Nağıllar daha ucuzdur”.

Pərviz Bəbirov:  “Məktəbəqədər uşaqlar üçün nağıllar 1.50 manatdan başlayır. Müxtəlif qiymətlərə nağıllar var. Dünya uşaq ədəbiyyatı kitabları 3 manatdır.  Qısaldılmış əsərlər isə 5-6 manat arasında dəyişir. Azərbaycan xalq nağıllarını  5-8 manata əldə etmək olar. Ensiklopediyalar 18 manatdır, digər kitablara nisbətən baha olsalar da, bunu almalıdırlar, çünki özlərinə lazımdır”.

Kitab mağazında kitab alan valideyn Günel xanımla da söhbət etdik. Bildirdi ki, oğlunun 2 yaşı var:

“Hələ ki boyama jurnalları və heyvanlarla bağlı kitablar alıram. Azərbaycan dilində kitablar üstünlük təşkil edir, amma rbiraz rus dilində də bilir. Oxuya bilmədiyi üçün nağılları özüm mütaliə edirəm. Böyüdükcə maraqlarına baxacam. Sonra ensiklopediyalar alacam”.

FOTO: İsmət Paşa

unnamed (13).jpg

unnamed (12).jpg

unnamed (10).jpg

unnamed (6).jpg

unnamed (5).jpg

unnamed (3).jpg

unnamed (2).jpg

unnamed (1).jpg

unnamed (14).jpg