Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-11 12:00:00
Müəllimlərin aqressiv yanaşması şagirdləri məktəbdən uzaqlaşdıra bilər  

Şagird ibtidai sinifdə oxuduğu 4 il ərzində demək olar ki, eyni müəllimdən dərs alır. Bu zaman onun düşüncəsində müəllim obrazı olaraq bir müəllim formalaşır. Bu isə ibtidai sinfi bitirdikdən sonra onlarda adaptasiya problemi yaradır.

AzEdu.az şagirdlərin adaptasiya problemi haqda psixoloq və müəllimlər arasında sorğu keçirib.

Ə.Əliyev adına Astara rayonu, Qapıçıməhəllə kənd ümumi orta məktəbinin Tarix müəllimi Həbib Əlizadə yaranmış problemin həlli zamanı müəllimin üzərinə çox iş düşdüyünü deyir:

“Ümumiyyətlə istər ibtidai, istərsə də  yuxarı siniflərdə şagirdlərin əsas problemi ünsiyyət və davranışla bağlıdır. Müəllimlərin, valideyinlərin onlarla düzgün ünsiyyət qura bilməməsi, bəzən bu ünsiyyətin həddən artıq pis olması, ifrat dərəcədə hazıra öyrədilmək və hər istəyinə hə deyilməsi kimi problemlərlə bağlıdır. Eynilə bu ibtidai sinfi bitirib 5-ci sinfə keçən şagirdlərdə də bu problemi görmək olurİbtidai siniflərdə kişilərlə müqayisədə qadın müəllimlərin çox olması belə problemlərin yaranmasın səbəb ola biər. Belə ki, ibtidai sinifdə qadın müəllimə öyrəşən şagird, sonralar hər hansı kişi müəllimdən kobud davranış gördükdə problem yaranır. Doğrudur, qadın müəllimlərin də kobud davranışları ola bilər. Amma uşaq 4 il qadın müəllimə öyrəşdikdən sonra kişi müəllimdən gördüyü sərt davranış ona daha çox təsir edir. Bu səbəbdən də ibtidai siniflərdə kişi və qadın müəllimlərinin sayında bərabərliyin olması çox yaxşı olardı.

Bununla yanaşı, şagirdə yanaşarkən yaş psixologiyasını nəzərə almaq lazımdır. 10 yaşlı uşaqla 15 yaşındakı uşaq eyni deyil, onlar arasındakı fərqlər nəzərə alınmalıdır. Əgər 5-ci sinfə keçən şagird müəyyən problemlər yaşayırsa yaxşı olar ki, yeni müəllim ibtidai sinif müəllimini dərsə dəvət etsin, şagirdə dəstək olmasına şərait yaratsın. Həmçinin, yeni müəllim uşaqlarla dərsdən əlavə gəzintilər, səyahət, intelektual və idman  oyunlar və s. kimi fəaliyyətlər həyata keçirsin. Bütün bunlar  qeyri-formal tədrisə aiddir ki, bu da formal tədrisin keyfiyyəini artırır”.

Astara rayonu, Şahağac kənd tam orta məktəbin ingilis dili müəllimi Babək Rzayev də müəllimin məsuliyyət daşıdığnı, onun hər hansı mənfi münasibətinin şagirdi məktəbdən uzaqlaşdıra biləcəyni söyləyib.

“Hər nə qədər asan görünsə də, ibtidai siniflərlə işləmək daha çətindir. Müəllimlər metodikadan əlavə, psoxologiyanı, pedoqogikanı da bilməlidirlər. Bəzi müəllimlər bu psixologiya və metodikanı bir qədər az bilsə də olar. Amma ibtidai sinif müəllimlərinin ixtisasları ilə yanaşı  bütün bunları bilmələri çox vacibdir. Təəssüflər olsun ki bəzi müəllimlər heç öz ixtisaslarını yaxşı bilmirlər.Bu çatışmazlıq MİQ  yolu ilə gəlməyən müəllimlərdə daha çox görünür.

İbtidai sinfi bitirən uşaqlarda bəzi adaptasiya problemi yarana bilər. Bunu həll etmək üçün müəllim şagirdə doğma münasibət göstərərək özünü sevdirməlidir. Onların yaşlarına uyğun olaraq, müxtəlif oyunlar oynamalı, yarışlar keçirməli, kiçik hədiyyələr, onlara dost olmağı xatırlatmalı, dəyərli bir şəxsiyyət kimi yanaşmalı bəzən hətta vaxt tapıb onları evə ötürməlidir. Eyni zamanda, valideyinlərlə sıx münasibət saxlamaq, müəllim valideyin və şagird arasında əlaqə yradılmalıdır. Bunu “Bermuda həmrəyliyi” adlandırmaq istərdim.

Müəllimlərin  aqressiv yanaşması, mənfi auraları şagirdləri məktəbdən uzaqlaşdıra bilər”.

Psixoloq Günel Əliyeva ibtidai sinif şagirdin əsasən, eyni müəllimin dərs deməsinin müsbət və mənfi cəhətləri olduğunu deyib:

Şagirdlərə 4 illik ibtidai sinif dövründə bir əsasən eyni müəllim dərs deyir və təbii uşağın psixologiyasındna müəllim obrazı olaraq bir müəllim formalaşır. Bunun  həm müsbət həm də mənfi cəhətləri var.

İbtidai sinif şagirdinin yaşı az olduğundan, hər fənni müxtəlif müəllimin dərs deməsi onlarda adaptasiya problemi yarada bilər. Ona görə də 4-cü sinfə qədər uşaqlara eyni müəllimin olması daha yaxşıdır. Şagirdlərə müəllim dəyişikliklərini yavaş-yavaş öyrətmək lazımdır. Məsələn, 4 fənni bir müəllim 1 fənni başqa bir müəllim keçərək artıq uşaqlarda yenilik anlayışı yaranacaq. 

İbtidai sinfi bitirən uşaqlarda elə böyük bir çətinliyin yaşandığını düşünmürəm. Yalnız tək-tək uşaqlarda adaptasiya problemi yarana bilər bu zaman da iş müəllimlərin üzərinə düşür. Adaptasiya problemi yaranmış uşağı daim diqqətdə saxlamaq oun özünə qapanmasına, təcrid edilməsinə mane olmaq lazımdır”. 

Rəna Nəbi