Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 11:00:00
“Buna hava və su kimi ehtiyac var idi”-Sosiloq yeni mərkəzlərin yaradılmasından danışdı

"Sosial Tədqiqat Mərkəzlərin yaradılmasına  hava və su kimi ehtiyac var idi"

Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Prezident İlham Əliyevin Sosial Tədqiqat Mərkəzlərin yaradılması haqqında fərmanı barədə danışarkən  deyib. O bildirib ki, ölkəmizdə belə bir qurum əvvəl də olub:

“1992-ci il  yanvarın 13-də Ali Sovetin qərarı ilə yardılıb. 1992-ci ildən 1997-ci ilə qədər o mərkəzin rəhbəri olmuşam. 1997-ci ildə anlaşılmazlıq nəticəsində həmin mərkəz ləğv olundu.

İndi isə elmi idarəetmə dövrüdür. İstənilən sahədə elmi təminata  ehtiyac var. Bu olmadan indi bir mərtəbəli bir binanı belə tikdikdə problem yaranır. Amma məsələ burasındadır ki, o mərkəz hansı prinsiplərlə qurulacaq və fəliyyəti necə olcaq?”

Sosioloq yaradıclacaq yeni mərkəzlə bağlı öz təkliflərini də bildirib. Qeyd edib ki, mərkəzə ciddi, bu işi bilən, dövlətçiliyə sədaqətli mütəxəsislər cəlb olunmalıdırlar:

“Eyni zamanda işlərə ciddi diqqət edilməli, aparılan tətqiqatlar müasir elmin tələblərinə uyğun olmalıdır. Qondarma tədqiqtlara ehtiyac yoxdur. Onun heç bir  faydası da yoxdur. Dünyada müasir elmin tələblərinə uyğun sosial problemlərin öyrənilməsi ilə bağlı 100 ildən artıqdır ki, ciddi elmi nəzəriyələr formalaşıb. Bu elmi nəzəriyyələrin tələblərinə uyğun ciddi tədqiqatlar aparılmalıdır. Belə tədqiqatlar  həm də ölkədə əhalinin rəyini öyrənməyə xidmət edəcək. O rəydən nə dərəcədə istifadə olunması isə sonranın işidir. Əsas məsələ odur ki, belə bir mərkəz yaransın.

Bir çox xarici dövlətlərdə sosialogiya, sosial-psixologiya və s. sosialı problemlərin həlli ilə bağlı tədqiqat sahələrinə çox böyük maraq var. Çünki cəmiyyə inkişaf edib müasirləşdikcə baş verən prosesləri elmi baxımdan öyrənməyə ehtiyac yaranır. Bunu nəzərər alıb müasir texnologiyadan ciddi istifadə etmək lazımdır”.

Qeyd edək ki, sərəncamda ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi yaradılması göstərilib.

Rəna Nəbi