Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 13:16:00
Dərsliklərlə bağlı ictimai rəy – Narazılıq və irad faizləri -İNFOQRAFİKA

Ümumitəhsil  sistemində dərslik siyasəti prioritet istiqamət sayılır. Dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Dərsliklər 4 tədris ili müddətində  istifadə olunmaq üçün şagird kontingentinin sayı qədər çap edilir. 4 il ərzində bəzi dərsliklər korlanaraq yararsız hala düşdükdə, şagird kontingentinin sayı dəyişdikdə dərslik-şagird balansının qorunması üçün dərsliklər müəyyən faizlə yenidən çap olunurlar.

Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində şagirdlər dərsliklərlə, müəllimlər isə metodik vəsaitlərlə pulsuz təmin edilirlər.

Dərslik hazırlığı prosesi aşağıdakı mərhələləri əhatə edir:

-Yeni dərsliklərin yazılması üçün tender elanı;
-Nəşriyyat poliqrafiya müəssisələri və müəlliflər tərəfindən dərslik komplektlərinin hazırlanması prosesi;
-Dərslik komplektlərinin Tender Komissiyası tərəfindən qəbulu və kodlaşdırılması;
-Dərslik komplektlərinin qiymətləndirilməsi üçün Dərslikləri Qiymətləndirmə Şurasına (DQŞ) verilməsi.

Dərsliklər istifadəyə verildikdən sonra qarşıya bir sıra problemlər çıxır: məzmunla bağlı müəyyən səhvlər və cəmiyyətin qəbul etmədiyi həssas məsələlər

Lakin narazılıqlara baxmayaraq, dərslikləri yenidən çap etmək mümkün olmur. Bu tip problemlərlə rastlaşmamaq üçün, artıq bir neçə ildir ki çapdan öncə onlara dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

AzEdu.az 14.04.2016-cı il statistikasına əsasən, dərsliklərə dair daxil olan ictimai rəyi faizlə təqdim edir: