Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 05:00:47
Məktəblərdə böyüməyən uşaqlar - Təhsil ocaqlarımız niyə şəxsiyyət formalaşdıra bilmir?

Şagirdlərin təhsili ilə yanaşı onların davranışı, dünyagörüşü də əsas rol oynayır.

Ali təhsil müəssisələrinə qəbul olanlar məktəbdən yetkin insan kimi gələ bilirlərmi? Onların xarakter kimi formalaşmasında məktəblərin rolu nə dərəcədədir və kimlər  buna daha çox diqqət etməlidir?

AzEDU bununla bağlı ali təhsil müəssisələrində dərs deyən tanınmış müəllimlərin fikirlərini öyrənib:

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, fəlsəfə doktoru Vüqar Zifəroğlu bildirib ki, uşaqların adaptasiyası  bir qədər çətin olur:

29542359_2009116665783052_1240981008423396588_n.jpg

“Onları orta məktəb partasından durub ali məktəb auditoriyasına gəldiyi zaman uşaq tam uyğunlaşa bilmir. Bu, mərhələli şəkildə olur, müəyyən vaxt tələb edir. Çünki tamamilə fərqli bir ortamdır. Orta məktəbdə bir psixologiya, ali məktəblərdə başqa psixologiya hakimdir. Yəni, bir sferadan başqasına keçmək müəyyən qədər vaxt aparır. Uşaqlar var ki, bu mərhələni rahatlıqla keçir, digərləri üçün daha çətin və ağır olur . Elə tələbələr olur ki  II-III kursda oxuyurlar, amma baxanda elə bilirsən, orta məktəbdən dünən gəliblər.  Hər şey uşağın özündən, ortama nə dərəcədə hakim olmasından asılıdır. Əslində, orta məktəblər uşağı  ali təhsil müəssisəsinə hazırlamalıdır.  Orta məktəblərdə ştatlar var. Burada psixoloqların,  həmçinin, müəllimlərin üzərinə böyük yük düşür.  Onlar şagirdlərini təkcə elm və biliklə yox, gələcəyə də  hazırlamalıdırlar. Müəllimin vəzifəsi yalnız fənnini tədris etməklə bitə bilməz. Orta məktəb müəllimi onu ali məktəbə, ali məktəb müəllimi isə həyata, işə hazırlayır. Yəni funksiyalar ötürülür. Uşaqlar növbəti mərhələyə həm psixoloji, həm də təcrübə  baxımından hazırlaşdırmalıdır”.

Şair-ssenarist, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi isə hesab edir ki, bu məsələdə günah məktəbdə deyil, təhsil sistemindədir:

“Axır vaxtlar bu məsələlər üzərində işlər az gedir. Məktəblərdə günah da yoxdu. Təhsil sistemi  xeyli ağırlaşıb. Uşaqlar, müəllimlərin  fikirlərində odur ki, yalnız bal toplasınlar. Biliyin keyfiyyəti, yuxarı olması hamının beyinləri məşğul edir, ona görə, insan kimi formalaşmaq, mənəvi yüksəliş , daxilən zənginləşmə məsələləri  kənarda qalır. Bəzi məktəblər  bunun üçün müxtəlif tədbirlər, layihələr həyata keçirir. Burada pis cəhət odur ki, bu iş  hər məktəbin öz öhdəsinə buraxılıb. Amma sovet dövründə  ölkə miqyasında baş verən proseslər idi. O vaxtlar “Pioner”, “Komsomol” təşkilatı , müəyyən qurumların orqanları var idi. Hazırda hansısa formada şagird təşkilatlarının yaranmasına ehtiyac var.  Necə olsa daha yaxşı olar bilmirəm. Bunu sosioloqlar yaxşı bilər. Düzdür, çoxlu gənclər, qeyri-hökumət təşkilatları var, amma dağınıq formada fəaliyyət göstərirlər. Vahid, respublika miqyasında  uşaq, gənclər təşkilatına ehtiyac var”.

410266858.jpg

Ali tədris müəssisələrində tələbələrə fəlsəfəni tədris edən filosof Müşfiq Şükürov isə deyir ki, uşağın xarakterinin formalaşmasında əsas rol valideynlərin üzərinə düşür:

“Onlar kifayət qədər pedaqoji müdrikdirlərsə, uşağın tipini müəyyənləşdirərək onun hərtərəfli inkişafını dəstəkləyə  bilərlər. Uşağı mənən şikəst də edə bilərlər. Uşaq çox zaman bunun fərqində olmur. Elə bilir, o özü bu cürdür, amma  hansısa məqamda valideynlərin təpkisi, yersiz müdaxiləsi nəticəsində bu vəziyyətə gəlib düşüblər. Təbii ki, məktəbin də uşağın tərbiyəsində rolu olur, lakin ikincilidir. Uşaq məktəbə "hazır" gəlir. Əgər imkan olursa, məktəbdə də yaxşı pedaqoqun əlinə düşən uşaq insan kimi formalaşma prosesində ciddi addımlar ata bilər. Çox zaman məktəb də uşaqdan baş aça bilmir. O, evdəki kökün üzərində böyüməkdə davam edir. İnsanın formalaşma prosesi təxminən, 40 yaşa qədərdir. Konfutsi deyirdi ki, 40 yaşına qədər adamın özünü bəlli etmək imkanı var, sonra isə mənası yoxdu”.

Əsmər Qabil