Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 10:56:00
Kənd müəlliminin narazılığı - “Dərsliklər elə hazırlanmalıdır ki, şagird repetitor yanına getməsin”

“Azərbaycan dili dərsliyində 4-cü məzmun xəttinə az yer ayrılır.Yəni, bir dərs saatı dil qaydasının mənimsənilməsi üçün çox azdır. Dərslikdə verilən biliklərin qavranılması və dil qaydalarının tətbiqi üçün mütləq keçilən dil qaydalarına uyğun materilalları artırmaq lazımdır. 4-cü məzmun xəttinə planlaşdırmada hər mövzu üzrə 1saat yox, 2saat yer ayrılmalıdır”.

Bu fikirlər Kürdəmir rayonu Mollakənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi çalışan Səttarova Ceyhunəyə aiddir. O, qeyd edib ki, dərsliklərdəki bəzi məqamlar onu narahat edir:

“Tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənninin dərsliklərində bəzi məsələlər məni qane etmir. Bildiyimiz kimi, Azərbaycan dili deyəndə ağlımıza o dəqiqə qrammatika, dil qaydaları gəlir. Amma baxaq görək, bu, bizim dərsliklərimizdə öz əksini tapırmı? V sinfin Azərbaycan dili dərsliyində əksini tapan nəqli mətnlər üzərində1-ci və 2-ci məzmun xətti üzrə standartları bir dərsdə yerinə yetirməklə bərabər, 3-cü məzmun xəttini ev tapşırığı kimi də vermək olar.  Halbuki 1-ci və 2-ci məzmun xəttinə, yəni mətnin qavranılmasına 2 saat, 4-cü məzmun xəttinə isə az yer ayrılır.Yəni, bir dərs saatı dil qaydasının mənimsənilməsi üçün çox azdır.

Dərslikdə verilən biliklərin qavranılması və dil qaydalarının tətbiqi üçün mütləq keçilən dil qaydalarına uyğun olan materilalları artırmaq lazımdır. 4-cü məzmun xəttinə planlaşdırmada hər mövzu üzrə 1saat yox, 2saat yer ayrılmalıdır ki,  şagirdlərimiz dərsi məktəbdə qavrasınlar, repetitor yanında yox. Nəzərə almaq lazım dır ki, hər şagirdin repetitor yanına getmək üçün maddi imkanı və fiziki sağlamlığı yoxdur. Bir orta məktəb müəllimi kimi istərdim ki, yuxarıda söylədiyim problemlər dərslik tərtibatı zamanı öz həllini tapsın”.