Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 11:50:00
Valideynlərin nəzərinə: Solaxay uşaqlar dərs zamanı bu cür oturmalıdır

Məktəbəqədər təhsil müəssisələrinin sturukturu son vaxtların müzakirə mövzusuna çevrilib. Bağçaların quruluşu, təchizatı ilə bağlı qaydalar Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarı ilə tənzimlənir. Çoxları bu qərarda göstərilə normativlərin hələ Sovet dövründə hazırlandığını, müstəqillikdən sonra ona yalnız kiçik dəyişikliklər edildiyini və bu normativlərin müasir dövrün tələbləri ilə uzlaşmadığını deyirlər.

AzEdu.az həmin qərardakı əksər normativlərin təhlilini vermişdi. Halbuki bu qərarda bağçalar üçün nəzərdə tutulmuş normativlər yalnız sturukturla məhdudlaşmır.  Burada bağçalardakı qrup otağının təchizatı zamanı riayət edilməli olan tələblər də göstərilib. Halbuki, burada qrup otağında masaların düzülüşündən tutmuş, solaxay, fiziki məhdudiyyətli uşaqların əyləşəcəyi yerlərə qədər göstərilib.

Qərar əsasən, məşğələ masaları işıqsaçan divarın yaxınlığında, soltərəfli işıqlanmanın təmin edildiyi şəraitdə quraşdırılmalıdır.

Solaxay uşaqlar üçün fərdi iş yerləri sağtərəfli işıqlandırma şəraitində təşkil edilməlidir. Dördyerlik masalar 2, ikiyerlik masalar 3 sıradan artıq olmayaraq yerləşdirilməlidir. Masaların sıraları arasındakı məsafə 0,5 m-dən az olmamalı, birinci sıranın işıqsaçan divardan məsafəsi 1,0 m olmalıdır.

İlk masadan yazı taxtasına qədər ola məsafə 2,5-3,0 m müəyyənləşdirilib. Divardakı yazı taxtasının ölçüsü 0,75-1,5 m, onun aşağı kənarının döşəmə səthindən hündürlüyü isə 0,7-0,8m nəzərdə tutulub.

Məşğələ zamanı uşaqlar sağlamlıq, görmə və eşitmə səviyyələri nəzərə alınmaqla yerləşdirilməlidir. Tez-tez soyuqdəymədən əziyyət çəkən uşaqlar pəncərə və qapılardan uzaqda, eşitmə və görmə qabiliyyəti zəif olan uşaqlar isə boya uyğun olaraq öndəki masalarda əyləşməlidirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları