Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-31 17:21:50
Siniflərdə partaların düzülüşündə hansı səhvləri edirik?– Xəbərsiz olduğumuz zərərlər  

Ümumi təhsil müəssisələrinin strukturu və təchizatı ilə bağlı normativlər hər zaman müzakirə mövzusu olub.

Ümumiyyətlə, ümumtəhsil müəssisəsinin standartları dedikdə nələr nəzərdə tutulur?

Qanunvercilikdə  bu standartlar nədən ibarətdir?

AzEdu.az xəbər verir ki, bütün növ təhsil müəssisələrinin  quruluşu, təchizatı ilə bağlı standartlar Nazirlər Kabinetinin  2012-ci il, 3 avqust tarixli qərarında əks olunub. Burada  məktəbin müxtəlif istiqamətləri ilə bağlı nüanslara, hətta sinifdə parta düzülüşünə də toxunulub.

Qərara əsasən, orta məktəbdə tədris otaqları təyinatından asılı olaraq, şagird, auditor, rəsmxət və ya laboratoriya masaları ilə təchiz olunmalıdır. Partaların düzülüşü üçsıralı nəzərdə tutulsa da, bəzən iki və ya birsıralı variantlar da tətbiqolunur.

Hər şagird boyu, görmə və eşitmə qabiliyyətinə uyğun rahat yerlə təmin olunmalıdır. Tədris otaqlarında partalar nömrələrə uyğun yerləşdirilir. Aşağı nömrəlilər yazı taxtasına yaxın, yuxarı nömrəlilər isə uzaq qoyulur.

Sinifdə partaların düzülüşü isə aşağıdakı qanunauyğunluqlara cavab verməlidir:

Nömrəsindən asılı olmayaraq, görmə və eşitmə problem yaşayam uşaqların partaları pəncərənin yaxınlığındakı ön cərgədə yerləşdirilir. Tez-tez kəskin respirator xəstəliklərə, angina və soyuqdəyməyə məruz qalan uşaqlar çöl divarlarından kənarda yerləşdirilirlər.

Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasındakı məsafələr üçün də müəyyən ölçü və hədlər qoyulub.

İkiyerli masalar yerləşən sıraların arasında 60 sm-dən, cərgələrlə çöl uzununa divar arasında 50-70 sm-dən az olmamalıdır. Partaların cərgələri ilə daxili uzununa divar arasında və ya bu divar boyu şkaflar arasında minimum 50-70 sm  məsafə mütləqdir.

Sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara (arakəsməyə) qədər ən azı 70 sm, birinci partadan yazı taxtasına qədər 240-270 sm olmalıdır. Sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 860 sm müəyyənləşib. Yazı taxtasının aşağı kənarının döşəmədən hündürlüyü 90 sm olmalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları