Azedu.az

Məktəblilərin qış tətili başa çatır  

31 Yanvar 2019, 09:31
Məktəblilərin qış tətili başa çatır  
Azərbaycanda məktəblilərin 5 günlük qış tətili bu gün başa çatır.
 
AzEdu.az xəbər verir ki, məktəblərdə sabahdan dərslər başlayacaq.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün məktəblilərin qış tətili yanvarın 27-dən 31-nə qədər nəzərdə tutulub. Məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək. 
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox