Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 15:15:00
Məktəb bufetlərində satışı qanunla qadağan olunan qidalar - SİYAHI  

Şagirdlərin orta təhsil müəssisəsində qidalanması son zamanların müzakirə mövzusudur. Müxtəlif qida məhsullarının satışının orta məktəblərdə qadağan olunması ilə bağlı iddialar tez-tez səslənir. 

Bəs qanunvericilik, hansı qida məhsullarının məktəb bufet və yeməkxanalarında satışını qadağan edir? 

AzEdu.az xəbər verir ki, bu barədə rəsmi məlumatlar Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarında əks olunub. 

Qərarda bildirilir ki, ümumi təhsil müəssisələrində iaşə xidmətini müəssisə rəhbərliyi və bu xidməti göstərmək hüququ olan şəxslər həyata keçirə bilər. Bütün şagirdlər üçün birdəfəlik isti yemək təşkil edilməlidir. Günüuzadılmış qrupda olan şagirdlər isə təhsil aldığı məktəbdə iki dəfə isti xörəklə (səhər yeməyi və nahar), müəssisədə axşama qədər qaldıqları zaman isə günorta yeməyi ilə də təmin edilə bilərlər. Şagirdlərin qida rasionu dövlət sanitar-epidemioloji nəzarət orqanları ilə razılaşdırılmalıdır. 

Şagird və işçilər arasında qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaları baş verdikdə, dövlət sanitar-epidemioloji nəzarət orqanlarına təcili məlumat verilməlidir. 

Qərara əsasən, ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı aşağıdakı məhsullardan istifadə qadağandır: 

-Çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd; 

-Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama; 

-Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq; 

-Termiki emala məruz qalmayan yaşıl noxud; 

-Ət qiyməsi ilə hazırlanan makaron, ətli blin, studen, doğramac, paştet, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan); 

-Termiki emala məruz qalmayan içkilər və morslar, kvas; 

-Göbələklər;

-Yumurtalı makaronlar, qayğanaq; 

-Kremli pirojna və tortlar; 

-Çoxlu yağ doldurulmuş dərin qablarda qızardılan piroq və ponçiklər; 

-Xəmiri acıdan naməlum tərkibli tozlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları