Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 15:32:00
Şagirdlərin gündəlik dərs yükü necə bölünməlidir - CƏDVƏL

Məktəblərdə gündəlik dərs saatlarının bölgüsü, fənlərin çətinlik dərəcəsinə görə sıralanması necə olmalıdır və ev tapşırıqlarına nə qədər zaman ayrılmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarında ümumi təhsil müəssisələrində təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri  əksini tapmışdır.

Qərara əsasən məkəblinin həftəlik dərs yükü aşağıdakı qaydada olmalı, dərsdənkənar məşğələlər şagirdlərin həftəlik maksimum dərs yükünə daxil edilməməlidir (2.2.3):

Həftəlik maksimum məcburi dərs yükü   (saatla)   
Sinif 5 günlük tədris həftəsində  6 günlük tədris həftəsində 
20 
2 – 4  25  25 
28  31 
29  32 
31  34 
8, 9  32  35 
10, 11  33  36 

Məktəb yaşlı uşaqlarda zehni iş qabiliyyətinin ən yüksək bioritmik səviyyəsi saat 10-12 intervalına təsadüf edir. Orqanizmin ən aşağı psixofizioloji sərfi müqabilində materialın mənimsənilməsinin ən yüksək effektivliyi bu saatlarda müşahidə olunur.

Həmin zaman kəsiyini səmərəli dəyərləndirmək üçün ibtidai siniflərdə əsas fənlər 2 ci və 3-cü dərs saatlarında, daha yuxarı siniflərdə isə  2 –ci, 3-cü və 4 – cü dərs saatlarında tədris olunmalıdır.

Mütəxəssislər  maksimum iş bacarığının həftənin ortalarına təsadüf etdiyini, bazar ertəsi və cümə günü bu qabiliyyətin səviyyəsinin aşağı düşdüyünü bildirirlər. Buna görə yaxşı olar ki, həftə ərzində akademik yükün paylanmasının  ən böyük həcmi çərşənbə axşamı və ya  çərşənbə gününə düşsün. Bu günlərdə dərs cədvəlində fənlər müfafiq olaraq həftənin qalan hissəsindən daha çox  olmaqla  çətinlik miqyasında ən yüksək hesaba və ya orta hesaba və çətinlik ölçüsündə ən aşağı hesaba uyğun olmalıdır.

Yoxlama işləri (summativ qiymətləndirmələr) həftənin 2-4 günləri həyata keçirilməlidir.

Ev tapşırıqların sərf edilən zamana gəlincə mütəxəssislər hesab edirlər ki, növbəti dərs günü üçün ev tapşırıqlarına ayrılan zaman kəsiyi 2-3 – cü siniflərdə 1,5 saat,  4-5-ci siniflərdə 2 saat, 6-8-ci siniflərdə 2,5 saat, 9-11-ci siniflərdə 3,5 saat olmalıdır. Lakin qeyd olunan vaxt göstəricisi nisbidir və uşağın psixi sağlamlığı və fərdi bacarığına, iş sürətinə görə dəyişə bilər.(mektebgushesi.az)