Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 11:00:00
Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin yeni kitabı çap olundu

Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin “Ədəbi cərəyanlar və istiqamətlər” adlı yeni kitabı çap olunub.

AzEdu.az xəbər verir ki, Dərs vəsaiti kimi təqdim olunan kitabın elmi redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Asif Hacıyev və filologiya üzrə elmlər doktoru Cavanşir Yusiflidir.

Kitabda bədii estetik inkişafın müəyyən konkret mərhələsində ədəbi-estetik istiqamətlərin və cərəyanların meydana gəlməsi səbəbləri, onların bir-birini əvəz etməsi, aralarında mövcud olan ziddiyyətlər və onların həlli yolları öz əksini tapıb. Kitabda təkcə ənənəvi cərəyanlarla yanaşı müasir dövrdə formalaşmış ədəbi istiqamətlər və cərəyanlar ətraflı şəkildə təhlil olunurlar.

260 səhifədən ibarət olan dərs vəsaiti ali məktəb tələbələri, magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulub, o cümlədən ədəbiyyat nəzəriyyəsi ilə maraqlanan oxucu kütləsinə ünvanlanıb.