Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 16:30:42
Ləng şagirdləri dərsə həvəsləndirmənin və uğura aparmanın yolları – Müəllimlər üçün oxu  

Bəzi valideynlər övladlarının zehni qabiliyyətlərinin kifayət qədər yaxşı olduğunu, sadəcə hər işi qüsursuz görməyə çalışdığı üçün dərslərini çox lənghazırladığını bildirirlər. Belə şagirdlər asta cavab verməsi, dərsi gec qavraması səbəbindən həm müəllimin tədrisinə mane olur, həm də evdə saatlarla dərs oxuduqları üçün özlərini bezdirirlər. Belə olduqda, sinifdə qrup şəklində keçirilən dərslərin də keyfiyyətiaşağı düşür. Həmin şagird isə digər yoldaşlarının məhz onu gözlədiyini görüb özünü çox narahat hiss edir.

Beləcə,bu tip şagirdlər məktəb illərində əylənmək, əlavə informasiyalar almaq, dincəlmək əvəzinə imtahanlara saatlarla artıq vaxt xərcləmək məcburiyyətində qalırlar.

Bəs müəllimlər belə şagirdlərə maksimum kömək etmək üçün hansı metodlardan istifadə etməlidirlər? Onlara verilən tapşırıqları yoldaşlarındanfərqləndirmək nə dərəcədə düzgündür?

AzEdu.az belə bir durumla üzləşən müəllimlər üçünmetodiki çıxış yollarını təqdim edir:

Mütəxəssislərin sözlərinə görə, işə ciddi problem olmadığına əmin olmaqla başlamaq lazımdır.

Metodist StevenButnikin şagirdləri asta öyrənməyə məcbur edən səbəblərlə bağlı apardığı araşdırmada bildirir ki, öncə uşağın niyə asta çalışdığını öyrənmək lazımdır. Bundan çox şey asılıdır. Məsələn, yanlış tədris alan üstün zəkalı uşaqlar belə durumla üzləşdikdə həvəssizləşə, depresiyaya düşə bilərlər. Şagirdin hədsiz astagəl olmasının səbəbləri qayğısızlıq, dərsi çətinləşdirən tədris metodu, dərsliklər, lövhə və ya kitabı oxumağa mane olan görmə məhdudiyyəti, səs-küylü sinif ortamında diqqətini toplaya bilmək ola bilər. Mütəxəssislər müəllimlərə öncə araşdırmağı məsləhət görürlər. Əgər səbəb bunlardan biridirsə, həmin şagird üçün imtahanlar arasındakı məsafəni uzatmaq, müəyyən yüngülləşdirmələr aparmaqda fayda var.

Mütəxəssislər şagirdin müəyyən qayğılarının ola biləcəyini nəzərə almağı,onu yalnız daha çox dərs oxumaq üçün yükləməməyi tövsiyə edirlər.

Şagirdlərin əksəriyyəti düzgün metodu seçmədiyinə görə ev tapşırıqlarında çətinlik çəkir. Buna görə də öz strategiyalarınızı dəfələrlə səsləndirərək onu model halına gətirin və bütün şagirdlərin bunu tətbiq etməsinə nəzarət edin. Təbii ki, bu model digər şagirdləri dəastalaşdırıbdərsdən geri qalmalarına səbəb olmamalıdır.Asta şagirdlərə çətinlik çəkdikləri tapşırığın üstündən keçməyin bəzən insanı uğura apardığını, vaxt itkisinin qarşısını aldığını izah edin.

Belə şagirdlərin daha sürətli hərəkət etmələri üçün vaxtı planlı şəkildə bölmələrimütləqdir.

Astagəl şagirdlər adətən işlər böyük göründüyünə görə tapşırığa başlamaqda çətinlik çəkirlər. Belə şagirdlər üçün imtahanları kiçik, sistemli hissələrə ayıraraq keçirmək də olar. Böyük ev tapşırıqlarının bu cür kiçik hissələrə bölünməsi görəcəyi işi də şagirdin gözündə kiçildərək onu bu işə həvəsləndirəcək.

Ev tapşırıqları üçün kiçik hədəflər müəyyənləşdirin. Adətən bütün şagirdlərə evə tapşırıq verilir. Asta şagirdi yoldaşlarındanfərqləndirərək, onun ev tapşırıqlarının bir qismini sinifdə müəllimlə birgə etməsinə şərait yaratmaqda da fayda var. Bu yolla şagird ev tapşırığını həll etməzdən öncə doğru yolda olub olmadığını dərk edəcək.

Belə şagirdləri motivasiyadan salmamaq üçün müəllim imtahansuallarını hazırlayarkən ardıcıllığa diqqət etməlidir. Çətin sualların ardıcıl  gəlməsi şagirdi biraz da yavaşlada bilər. İmtahanda çətin və asan sualların ardıcıllığı qorunmalıdır.

İstənilən metod asta şagirdərinyoldaşlarından geri qalmamasına xidmət etməlidir. Çalışmaq laızmdır ki, bu metodlar şagirdə astagəl, zəif olduğunu daha da hiss etdirməsin.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları