Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 12:07:45
“Universitetin həyətindəki heykəlin gözünə baxan tələbələr imtahanlardan kəsilir” – Qəribə adətlər  

Hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli  adət-ənənələri var. 

AzEdu.az xaricdə təhsil alan azərbaycanlılardan yaşadıqları ölkə və oxuduğu universitetin fərqli adət-ənənələrini öyrənib:

Macarıstanın Szeged Universitetində təhsil alan Fərid Hüseynov:

“Macarıstan digər Avropa ölkələri ilə müqayisədə daha mühafizəkardır və bu cəhətdən Azərbaycan mədəniyyətinə müəyyən qədər bənzərliyi var. Fikrimcə, hər iki ölkənin keçən əsr sosialist rejimdə yaşamasının da bu bənzərliyin formalaşmasında müəyyən rolu olub. Ölkələr arasında sözsüz ki, bir çox fərqli məqamlar da var.  Lakin məni şoka salacaq dərəcədə dəyişik bir adət-ənənə ilə hələ ki,qarşılaşmamışam. Buraya gəlməmişdənöncə  macarların bir hissəsinin öz milli köklərini hun tayfaları ilə əlaqələndirdiyini eşitmişdim. Qədim türk geyimləri, musiqi  ənənələri və digər mədəniyyət nümunələri nümayiş etdirdikləri Turan qurultayları keçirəcək qədər böyük olması, digər türkdilli dövlət nümayəndələrinin də bu tədbirdə iştirak etmələri məndə maraq yaratmışdı”.

İtaliyanın Boloniya Universitetinin  tələbəsi İsgəndər Cəfərzadə:

“İtaliyada insanlar bazar günlərini öz ailələrinə həsr edirlər. Ümumiyyətləitalyanlar ailələrinə çox böyük dəyər verirlər. Bu səbəbdən, bir çox bayramları evdə keçirirlər. İtalyanlar danışanda  çox yüksək tonla danışırlar.  İnsanlar fikir və emosiyalarını bədən hərəkətləri ilə bildirirlər. Mətbəxlərinə qarşı çox həssasdırlar. Məsələn: italyanların yanında ananaslı pizza və ya  spagettini ketçupla yesəniz,qəzəblənərlər”.

Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Ceyhun Zəkəryəyev:

“Koreya Azərbaycanla müqayisədə çox fərqli ölkədir. Buna nümunə kimi dini göstərə bilərəm.  Koreyada insanların  din haqqında  danışdıqlarını çox görmədim. Amma  burada fərqli  dinlərə inanan müsəlman, xristian, buddistlər var. Bundan başqa  ölkədə dindar olmayan insanlarda var. Ölkənin fərqli cəhətlərindən biri də bayramlarıdır. Burada bizdən  fərqli olan çoxlu milli bayamlar var. Onlardan biri “Çusok” bayramıdır. “Çusok” bayramı Koreyada sentyabr ayında olur. Bundan başqa   insanların özündən böyüklərə olan davranışlarında da fərq gördüm.  Yəni Koreyada böyüklər və kiçiklər arasında  olan əlaqə Azərbaycanla müqayisədə fərqlidir.  Yəni Koreyada  daha rəsmi bir  yanaşma var.  Eyni  fərqliliyi iş haqqında  da demək olar. Koreyada yüksək və aşağı vəzifəlilər  arasında əlaqə çox rəsmidir.  Əlavə olaraq onu da qeyd edim ki, uşaqların böyüdülməsində də fərq var.  Burada  uşaqlar daha sərt  mühitdə yetişdirilir.  Uşaqların məsuliyyəti daha çox olur.  Koreyada uşaqları az yaşlarından dərs oxumağa  məcbur edirlər.  Buna görə də, koreyalı uşaqlar böyüyəndə müəyyən dərəcədə daha az münasibət qururlar.  Buna görə də adətən, oxuduğum universitetdə koreyalılara  əcnəbi tələbələr  arasında çox az əlaqə var. Həmçinin,Koreyada yemək adətlərində də fərq var. Burada çörək çox az halda tapmaq olur.  Koreyalılar  çox vaxt  düyü yeməkləri yeyirlər. Düyü koreyalılarda çörək rolunu oynayır”.

İtaliyanın LaSapienza Universitetində təhsil alan Abdulla Həsənli:

“Hər ölkənin özünə məxsus adəti var. İtaliyada da maraqlı adətlər mövcuddur. Maraqlı adətlərdən biri də,  LaSapienza Universitetinin həyətində bir heykəl var. İnanca görə, o heykəlin gözünə baxan tələbələr imtahanlardan kəsilir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları