https://www.zirve.edu.az/
21.01.2019 16:44
Şagirdlərin intellektini müəyyən edən maraqlı metod- Müəllimlərin əl çəkməyəcəyi üsullar   

Ümumiyyətlə, karyerada uğurlu olmaq daim şəxslərin intellekt səviyyəsi (İQ) ilə əlaqələndirilir.

Bəzən, İQ-sü aşağı olan şəxslər “bacarıqlarına uyğun gəlməyən” işlərdən boyun qaçırırlar. Lakin İngiltərədəki elmi araşdırmalardan sonra bəlli olub ki, əslində İQ səviyyəsi heç də həmişə eyni qalmır; intellekt əmsalı zamanla həm arta, həm də azala bilər.

Mütəxəssislər qeyri-adi zəka sahibi olan insanların kəşfi üçün xüsusi üsulların inkişafı və yönləndirilməsini vacib hesab edirlər.

İntellekt - latınca “intellectus " (“anlamaq, dərketmək") sözündən götürülüb. Bu, düşünmək üçün əqli bacarıq, qərar vermə, abstrakt düşünmə, material mənimsəmə qabiliyyəti barəsində işlənən termindir. İntellekt, həm də istənilən məşğuliyyətin uğurlu həyata keçirilməsi və başqa qabiliyyətlərin kökündə duran, problemlərin dərk edilməsi və həllini yerinə yetirmək qabiliyyəti kimi də başa düşülür. Qeyd edək ki, bu söz bəzən şüur sözünə də sinonim kimi işlədilir.

"İntellekt əmsalı" anlayışını ilk dəfə 1912-ci ildə alman psixoloquUilyamŞtern (WilliamStern) istifadə edib. 1904-cü ildə AlfredBinet tərəfindən işlənən intellekt testlərinin aparılmasında yoxlama suallarının sayı uşağın yaşına uyğunlaşdırılıb.

AlfredBine DOSYESİ-  fransız psixoloqudur. Hüquq təhsillidir, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olub. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Annéepsychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir. Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Bine ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq edib. 1904-cü ildə Fransada əqli cəhətdən geri qalan uşaqları müəyyən etmək üçün komissiya yaradılanda AlfredBinekomisiyayarəhbərlik edib. O, 1903-cü ildə öz qızları Armand və Marqerit üzərində tətqiqat aparıb. Bundan sonra isə psixoloq tədqiqatların nəticələrini ümumiləşdirərək "intellektin eksperimental tədqiqi" monoqrafiyasını nəşr etdirib.

ŞKALA: Bine-Simon

A.BinetXX əsrin əvvəllərində T. Simonla birlikdə uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün apardığı bir sıra eksperimentlər əsasında ilk intellekt testlərini yaradıb.O, əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlayıb. Bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edir. “Bine-Simonşkalası”  30 tapşırıq və ya testdən ibarətdir. Cədvəl yaradıldıqdan bir neçə il sonra şkalada testlərin sayı artırılıb, köhnə metodla olan testlər çıxarılaraq yenidən hazırlanıb. Belə ki, yeni testlərə əsasən, yaş səviyyəsinə uyğun qruplaşdırılma aparılıb.

Araşdırmalara əsasən, hazırda da əcnəbi tələbələrin motivasiya və adaptasiyası, Azərbaycan dilinin öyrənilməsi probleminin eksperimental-psixoloji xüsusiyyətlərini və psixodiaqnostikasını öyrənmək üçün bir sıra metodlardan istifadə edilir ki, onlardan ən yararlı hesab olunanlardan biri də məhzBine və Simon testidir.

Fakt: İntellekti ölçən Bine-Simon testlərində fərdi fərqlər yaşla əlaqədar surətdə ölçülür. Əgər uşaq öz həmyaşıdlarının yerinə yetirdiyi tapşırıqları həll edə bilirsə, o, normal uşaq hesab edilir. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olur.

Faktın psixoloji təhlili: Testologiyada xronoloji yaş anlayışı ilə yanaşı ağıl yaşı anlayışı da mövcuddur.

Xronoloji yaş - CA (ingiliscə - Chroniloqusalage)
Ağıl yaşı  -MA (ingilsicə - Mentalage)

İntellekt əmsalı(IQ) - Ağıl yaşının xoronoloji yaşa nisbəti intellekt əmsalı adlanır. Bunu, 1912-ci ildə Alman psixoloqu VillyamŞtern müəyyən edib. 

İntellekt əmsalının hesablanması üçün DÜSTUR:

IQ = MA/CA * 100

MA müvafiq şkalaya uyğun müəyyən edilir.

Nümunə: Samirin CA-sı 15-dir. O, Bine-Simon testlərini işlədikdən sonra 120 xal toplayır. Şkalaya əsasən, onun MA-sı 12 göstərir. Belə olduğu halda uşağın intellekt əmsalı aşağıdakı kimi hesablanmalıdır:

IQ = 12/15 * 100 = 80

Düstura əsasən, Samirin intellekt səviyyəsi 80-dir.

Vekslerə görə isə İQ belə hesablanır:

IQ = 100 + 15(a+b)  / c

a,b,c – şərti

a - təyin olunan qiymət (alınan xalların sayı)

b - verilmiş yaş qrupu üçün orta hədd

c - təsadüfi qiymətlərin dispersiyası

Vekslerşkalasına görə, əhalinin 68%-i üçün intellekt əmsalı 100, orta qiymət üçün 85-115 arasında yerləşir. Ölçü qiyməti 100-dən uzaqlaşdıqda ölçü xətaları böyüyür. Ona görə də, ən böyük və ya kiçik İQ qiyməti statistik baxımdan o qədər də etibarlı sayılmırlar və ehtiyatla işlədilirlər.

Qeyd: İQ testləri elə tərtib edilir ki, insanların 50%-i  nəticədə 90-110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar.  Araşdırmalara əsasən, Amerika universitet məzunlarının İQ qiyməti 115, əlaçılarda isə 135-140 arasında təşkil edir. İQ qiyməti 70-dən aşağı olan şəxslər əqli cəhətdən geri hesab olunur.

Testalogiyada intellekt barədə: Bu elmə əsasən, LQ 130-a bərabərdirsə, uşaq istedadlı hesab olunur. Yox, əgər 180-dan çox olarsa, deməli uşaq çox istedadlıdır. Ümumiyyətlə, müasir psixodiaqnostikada testlərin müxtəlif növlərindən – intellect, qabiliyyət, nailiyət testləri - istifadə olunur.

*Testalogiya - test sistemləri nəzəriyyəsi və praktikası və ya keyfiyyətli, elmi cəhətdən əsaslandırılmış, diaqnotik metodikanın yaradılması haqqında fənlərarası elm.

Binet məktəblilər arasında onların qiymətlərinə əsasən araşdırma aparır və bu nəticəyə gəlir ki, bir uşağa verilmiş qiymət "intellekt" kimi qəbul edilə bilməz. Çünki, psixoloqa görə intellekt bir ədədlə təyin olunmur. Binet bu mövzu haqqında deyir: "Şkala, düzünü desək, intellekt üçün ölçü deyil, çünki, intellekt keyfiyyətləri cəmlənmirlər və bununla xətti səth kimi ölçülə bilməz".

Qeyd edək ki, ilkin olaraq məktəblilər üçün yaradılan İQ hesablanmasını, sonralar DavidVeksler böyütmə əmsalı (100) ilə böyüklərə də tətbiqini mümkün edir.