Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 15:45:00
Yeni qəbul qaydalarında ballar bu cür hesablanacaq – Ekspertdən abituriyentlərə izah  

“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramlarıyla yanaşı, fənlər üzrətapşırıq nümunələri və balların hesablanma qaydası daha geniş formada öz əksini tapıb. 

AzEdu.az təhsil üzrə mütəxəssis Elçin Əfəndinin izahı ilə qəbul imtahanlarında balların hesablanma qaydasını izahlı formada təqdim edir.

Bloklar üzrə balların hesablanma qaydası:

NB=NB(qapalı)+NB(açıq)

NB-fənn üzrə nisbi bal;

NB qapalı-qapalı tipli tapşırıqlar üzrə nisbi bal;

NB açıq-açıq tipli tapşırıqlar üzrə nisbi baldır.

Qapalı tipli tapşırıqlar üzrə nisbi balın hesablanması: NB(qapalı)= (Dqapalı-1:4 Yqapalı)*100:33

D qapalı-qapalı tipli tapşırıqlar üzrə düzgün cavablar;

Y qapalı-qapalı tipli tapşırıqlar üzrə yanlış cavablar.

1:4= 4 səhv bir düzü aparır.

Nəticə mənfi alınarsa, bu zaman NBqapalı=0 götürülür.

* = vurma işarəsi.

Açıq tipli tapşırıqlar üzrə nisbi balın hesablanması: NB(açıq)=(Dkod-ənənəvi+2*Dyazılı)*100:33

D kod ənənəvi-cavabların kodlaşdırılması üçün tələb olunan açıq tipli tapşırıqlar üzrə düzgün cavablar;

D yazılı-yazılı şəkildəcavablandırılması tələb olunan situasiya, mətn və s. formatlı markerlər tərəfindən yoxlanılan açıq tipli tapşırıqlar üzrə verilən balların cəmidir.(Burada 0, 2də1 və 1 balla qiymətləndirilmə aparılır).

Nümunələrlə İZAH:

Rəqəmləri müvafiq olaraq yerinə qoyub hesablasaq, o zaman aşağıdakıları alırıq:

Bilirik ki, bloklar üzrə hər fəndən 30 sualdır. Burada 22 sual qapalı, 5 sual açıq-ənənəvi, 3 sual isə yazılması tələb olunan tapşırıqlardır. Elə isə olduğu kimi hesablayaq;

İlk addım: Qapalı cavablar üzrə nisbi balın tapılması:

Abituriyent 22 qapalı sualdan hamısına düzgün cavab yazıbsa:

22-0=22

22*3,0303=66,66666666666667

1 sual = 3,03

İkinci addım: Açıq cavablar üzrə nisbi balın tapılması:

Abituriyent 5 ənənəvi sualı düzgün cavablandırıb və markerlər tərəfindən verilən qiymətin cəmi 6-dırsa:

5+6=11

11*3,03=33,33333333333333

1 sual =3,03

Nisbi balı müəyyən etmək üçün 66,66666666666667 üzərinə 33,33333333333333 gəlinir və bu zaman 100 bal alınır. Bundan sonra həmin fənnin çəki əmsalı neçədirsə, ona da vurulur.

Məsələn, I blok üzrə Riyaziyyat fənnini hesablayıb 100*1,5=150 bal ala bilərik. Kimya fənni üzrə isə 100*1=100 bal.

Qapalı tipli suallarda səhvlər doğru cavablara təsir edir. Açıq tipli suallarda isə təsir etmir.

İxtisas blokları üzrə çəki əmsalları:

I ixtisas qrupuda Riyaziyyat və Fizika əsas fənn sayıldığından çəki əmsalları 1,5-dir. Kimyanın çəki əmsalı 1-dir.

II ixtisas qrupunda Riyaziyyat və Coğrafiyanın çəki əmsalı 1,5, Tarixin çəki əmsalı 1-dir.

III ixtisas qrupunda Azərbaycan dili və Tarixin çəki əmsalı 1,5 , Ədəbiyyatın çəki əmsalı 1-dir.

IV ixtisas qrupu üzrə Biologiya və Kimyanın çəki əmsalı 1,5 , Fizikanın çəki əmsalı 1-dir.

Xatırladaq ki, hesablanmanın izahı Dövlət İmtahan Mərkəzinin açıqlamasına əsaslanır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları