Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 13:18:09
Müəllimlər  üçün zəruri bilgi – Milli və beynəlxalq qiymətləndirmə bu cür aparılmalıdır  

Şagird nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli proses olub, nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyət və inkişafı haqqında müvafiq məlumatların toplanılması və onların təhlili ilə müşayiət olunur.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi 3 istiqamətdə aparılır: məktəbdaxili, milli və beynəlxalq.

Məktəbdaxili qiymətləndirmə özü də 3 komponentdən ibarətdir: Şagirdin inkişaf monitorinqi, kurrikulum üzrə qiymətləndirmə, təhsil pillələri üzrə yekun qiymətləndirmə.

1.Şagirdlərin inkişaf monitorinqini məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri həyata keçirir. Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə), makrosummativ (yarımilliklər üzrə) olaraq,yazılı və şifahi formada qiymətləndirilir;

2.Kurrikulum üzrə qiymətləndirmə isə o məqsədlə aparılır ki, şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirilsin;

3.Təhsil pillələri üzrə yekun qiymətləndirməmərkəzləşmiş qaydada aparılan buraxılış imtahanlarıdır ki, bu da, nəticədə şagirdə müvafiq təhsil sənədi təqdim edilir.

Bu yerdə, bir sual:  Milli qiymətləndirmə necə aparılır?

...Və ona cavab: Bir qayda olaraq, 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurrikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir.(c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı 

Yenə bir sual: Beynəlxalq qiymətləndirmə necə aparılır?

Ona da cavab:Bir qayda olaraq, hər 3 ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.(c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı