Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 11:55:00
DİM-in test toplusu yenilənməyib? - RƏSMİ CAVAB

AzEdu.az-ın hər həftə təşkil olanacaq “Edubrifinq”ində müxtəlif qonaqlar iştirak edir.

Layihədə bu dəfə qonaq qismində Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə iştirak edib. O, brifinq çərçivəsində DİM-in nəşr etdiyi test toplusunun ötən ilkilərdən fərqlənmədiyi barədə fikirlərə münasibət bildirib:

“Test toplularının üzərində hər il müvafiq işlər aparılır.Yeni növ, yəni açıq tipli test tapşırıqlarının həm buraxılış, həm qəbulda ümumi sayına baxsaq, onlar bütün tapşırıqların təxminən 19%-i edir. Bu tapşırıqlara aid nümunələr də kurikulum qiymətləndirmə kitabçalarında verilib. Test toplularında yer alan qapalı tipli tapşırıqlar imtahanlarda yenə də var.Qapalı tipli tapşırıqlara hazırlaşmaq üçün həmin test toplularından istifadə edilir”.

Xanlar Xanlarzadə topluların hər il yeniləndiyini vurğulayıb:

“Kimsə deyirsə, yenilənmə işi aparılmır, o, doğru məlumat vermir.Hər il topluların təxminən 20%-i yenilənir. Bu, o demək deyil ki, biz hər il 100%-i də yeniləməliyik”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları