Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-01 06:46:17
Digər ölkələrdə icbari təhsil hansı formadadır? - Araşdırma

Fransada 3 yaşında məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı, təxminən, 100%-ə yaxındır.

Bu fakt İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2015-ci il üzrə hesabatında öz əksini tapıb. Məlumatlara əsasən, Avropa ölkələrində 3-5 yaşlı uşaqların 90%-i təhsilə cəlb olunur. Türkiyədə, bu göstəricilər son 10 il müddətində artsa da, hələ 2016-cı ildə təhsilə cəlb olunan 3-5 yaşlı uşaqlar 35% təşkil edib.

Türkiyədə 2019-cu ildən etibarən icbari təhsil yaşını 4 yaşa endirmək istəyirlər. OECD hesabatlarında müxtəlif ölkələrin məktəbəqədər təhsil müddəti, miqyası və keyfiyyəti mövzusunda narahat olduğunu bildirir.

AzEDU hesabatda göstərilən bir neçə Avropa ölkəsindən nümunələri təqdim edir:

Fransa: Fransa Prezidenti Emmanuel Makronun açıqlamalarına görə, icbari təhsil yaşı 2019-cu ildən 6 yaşdan 3-ə endiriləcək. Ölkədə 3 yaşdan başlayaraq təhsil pulsuzdur. Bu səbəblə OECD-nin 2015-ci il məlumatlarına görə, 3 yaşlılar təxminən 100 faizdir. Ölkədə bu təhsilin icbari təhsil dairəsinə alınması üçün yetərli infrastruktur, texniki imkan və bu tələblərə cavab verən müəllimlər var.

İngiltərə: İngiltərədə məcburi təhsil 5 yaşdan başlayır. Uşaqların 3 yaşından həftəlik 15 saat məktəbəqədər təhsildən istifadə etməsi onların qanuni haqqıdır. Ölkədə 4 yaşlılar üçün nəzərdə tutulan birinci sinfə hazırlıq mərhələsi kimi "reception class" lar mövcuddur. Burada oyunlar oynanılır, təhsil tədbirləri keçirilir, uşaqların sosial və psixoloji inkişaflarına dəstək verilir. Ölkədə məktəbəqədər təhsildə iştirak edən 3 yaşlılar 93 faizdən çoxdur.

Polşa: Bu ölkədə 2014-cü ildə ibtidai məktəb yaşı 7-dən 6-ya endirilib. 2011-ci ildən bəri ölkədə məktəbəqədər təhsil 5 yaşından etibarən məcburidir. Bu təhsil iki ayrı nazirliyin öhdəliyindədir. 3 yaşa qədər təhsillə Məşğulluq və Sosial Siyasət Nazirliyi, bu yaşdan yuxarı isə Milli Təhsil Nazirliyi məşğul olur. Ölkədə 3 - 4 yaş səviyyəsində təhsil alanlar, orta hesabla, 58 faizdir. Ancaq bu nisbət məcburi təhsil dairəsinə daxil olan 5 yaş səviyyəsində 94 faizə bərabərdir.

Hollandiya: Ölkədə məcburi təhsil 5 yaşdan başlayır. Ancaq çox ailələr uşağını 4 yaşından məktəbə göndərir. İbtidai məktəbə başlama yaşı isə 6-dır. Hollandiya məcburi təhsil çərçivəsinin xaricindəki yaşları istisna etmir. Ölkədə məktəbəqədər təhsil şüuru çox yüksəkdir. Uşaqlar 2-4 yaş arasında dövlət tərəfindən maliyyələşdirilən oyun qruplarında iştirak edə bilərlər. Burada, adətən, yarım gün ərzində məktəbəqədər təhsil proqramları tədris edilir. Buna görə, iştirak edənlər çoxdur. Avropa Birliyinin 2015-ci il məlumatlarına əsasən, 3 yaşlı uşaqlar 83.4 faiz, 4-5 yaşlılar isə, təxminən 99.6 faizdir.

Danimarka: 2008-ci ildə məktəbəqəbul yaşı 7-dən 6-a ya endirilib. Məktəbdəki ilk ildə məktəbəqədər təhsil aparılır. Uşaqlar 7 yaşında ibtidai məktəbə başlayır. Danimarkada da digər Skandinaviya ölkələrində olduğu kimi 1 yaşından etibarən dövlət tərəfindən maliyyələşdirilən qurumlar uşaqlara məktəbəqədər təhsil, ailələrə isə dəstək göstərir. 26 həftədən etibarən uşaqların bu təhsil imkanlarından istifadə etməsi qanuni haqqlarıdır. Bu səbəblə iştirak nisbəti 3, 4 və 5 yaş səviyyəsində orta hesabla 97 faizdir.

Norveç: Məktəbəqədər təhsilin dünyada ən yaxşı sistemlərindən birinə malik olan Norveç, OECD ölkələri içərisində Lüksemburqdan sonra bu sahəyə ən çox vəsait ayıran ikinci ölkədir. Burada 2, 3 və 4 yaşda məktəbəqədər təhsilə gedənlər 95 faizdən çoxdur. 1 yaşından etibarən yerli hakimiyyət, Təhsil Nazirliyi və təşkilatların dəstəyilə yaradılan uşaq bağçalarında uşaqlara qayğı və məktəbəqədər təhsil, ailələrə isə dəstək verilir. Ölkədə 1 - 5 yaş arasını əhatə edən bu dövr məcburi təhsil çərçivəsində olmasa da uşaqların qanuni bir haqqı kimi əsas götürülür. İbtidai məktəb 6 yaşdan başlayır. İlk il akademik heç bir şey edilmir. Burada məktəbəqədər təhsildə olduğu kimi oyunlar oynanılır, əyləncəli, maarifləndirici fəaliyyətlər həyata keçirilir.

Macarıstan: Məktəbəqədər təhsildə iqtisadiyyatına nisbətən Aİ-nin uğurlu ölkələrindən biri Macarıstandır. Ölkədə 3 yaşından etibarən məktəbəqədər təhsil icbaridir. 2015-ci ilin məlumatlarına görə, bu yaşda məktəbəqədər təhsildə iştirak edənlər təxminən 75 faizdir. Bu nisbət 4 yaşda 93.8, 5 yaşda isə 95.1 faizə yüksəlir.

Serbiya: Ölkədə məcburi təhsil 5.5 yaşından başlayır. Bu yaşda uşaqlar bir il məktəbəqədər təhsil proqramından sonra ibtidai məktəbə keçir. Başqa bir Balkan ölkəsi olan Bolqarıstanda da ibtidai məktəbə 7 yaşında başlanılır. Ancaq buna qədər bir il məktəbəqədər təhsil alırlar.

Latviya: 5-6 yaş arasında bir illik məcburi məktəbəqədər təhsildən sonra ibtidai məktəb başlayır. Latviyada məktəbəqədər təhsil alan 3, 4 və 5 yaşlılar 88 faiz təşkil edir.

Ana və Uşaq Təhsil Fondunun (AÇEV) sədr müavini Ayla Göksəl Fransa məktəbəqədər təhsil dövrünün ən həlledici proses olduğunu qəbul edir və bunu 3 yaşa endirərək ölkədə uzun müddətli insan kapitalına investisiya qoyur. AÇEV olaraq biz də uzun illərdir bunu müdafiə edirik. Türkiyədə 5 yaşlılar arasında irəliləyiş əldə olunub, ancaq hələ göstərici 100 faiz deyil. Hədəf 3 və 4 yaşlılardır. Məktəbəqədər təhsilin 3-4 yaşa endirilməsi üçün ən əhəmiyyətli məsələ əngəlli uşaqların bura daxil olmasını təmin edəcək.

Əsmər Qabil