Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 16:13:26
7000 min məqalə və müsahibələrimin heç birində özümü ekspert kimi təqdim etməmişəm” –Nadir İsrafilov  

“Sabiq təhsil nazirinin bəyanatı ekspert institutunu nüfuzdan saldı” 

Ekspert “tituluna” yiyələnmək üçünhansısa bir institut, konkret diplom, ayrıca ştat vahidi yoxdur. Bununla belə, sosial şəbəkələrdə “hər yerindən duran özünü ekspert sayır” və digər bu kimi statuslar paylaşılır, “təhsil eksperti kimə deyilir” tipli müzakirələr açılır, xaotik və eyhamlı fikirlər bildirilir, kimlərinsə ünvanına, hətta məqsədli və qərəzli təhqirlər səsləndirilir” –Nadir İsrafilov

“Ekspert” latın sözü olub (expertus) – təcrübəli deməkdir. Müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisinə ekspert deyilir.

AzEdu.az saytına mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, ekspert, müstəqil hüquqi və ya fiziki şəxs olmalı ya da kənardan dəvət olunmalıdır:

““Ekspert” sözü nəmənə şeydir ki...”

“Hər şeydən əvvəl fürsətdən istifadə edərək, AzEDU.az portalına sırf təhsilimizlə bağlı aktual və zəruri problemləri gündəmə gətirərək, onların həlli istiqamətində istər peşəkar mütəxəssislərin, istər sıravi müəllimlərin və hətta valideyn, tələbə və şagirdlərin fikirlərini, rəy və təkliflərini, problemə obyektiv və subyektivyanaşmalarını mütəmadi olaraqsərgilədiyinə görə minnətdarlığımı bildirirəm.

Bu baxımdan hesab edirəm ki, “ekspert olmaq üçün hansı kriteriyalar vacibdir” sualının müzakirə obyekti kimi gündəmə çıxarılması da, bu anlayışa olan münasibətdəbir sıra müəyyən qaranlıq məqamlara az da olsa aydınlıq gətirə bilər, geniş ictimaiyyət arasında yaranan qeyri-adekvat təsəvvürləri təzələyə bilər.

Ümumiyyətlə, bu 7 hərfdən ibarət “ekspert” sözü nəmənə şeydir ki, ictimai rəydə müəyyən kəslər tərəfindən bu qədər qısqanclıqla qarşılanır… Əlbəttə, digər sahənin ekspertləri ilə işim yoxdur, söhbət əgər, konkret olaraq təhsil ekspertindən gedirsə. Belə bir “titula” yiyələnmək üçün hansısa bir institut, konkret diplom, ayrıca ştat vahidi yoxdur. Bununla belə, sosial şəbəkələrdə “Hər yerindən duran özünü ekspert sayır” və digər bu kimi statuslar paylaşılır, “Təhsil eksperti kimə deyilir?” tipli müzakirələr açılır, xaotik və eyhamlı fikirlər bildirilir, kimlərinsə ünvanına, hətta məqsədli və qərəzli təhqirlər səsləndirilir”.

Niyə “ekspert” haqda xoşagəlməzlər təsəvvürlər yaranır?

Nadir İsrafilovun ekspert “ştatı” barəsində birmənalı olmayan fikirlərə münasibəti də maraqlıdır:

“Deyək ki, təhsil sahəsində vəzifə tutan və ya sıravi məmur təcrübəsindən və kompetensiyasından asılı olmayaraq, həmin sahə üzrə baxılan məsələyə və ya qəbul edilən hansısa bir layihəyə rəy vermək, və ya nəticəyə təsir göstərə biləcək fikir söyləmək üçün bu kateqoriyalardan olan şəxslər ekspert qismində cəlb oluna bilməz. Ekspert, müstəqil hüquqi və ya fiziki şəxs olmalı və ya kənardan dəvət edilməlidir. Təəssüf ki, bizdə bu kimi şərtlərə heç də hər zaman əməl olunmayıb. Bu da öz növbəsində ekspert haqqında anlaşılmazlıqların və xoşagəlməz təsəvvürlərin yaranmasına gətirib çıxarıb.

Bayağı “BƏYANAT”: “Təhsildən incik düşənlər çevrilib ekspert olurlar”

“Son dərəcə təəssüfləndirici haldır ki, sabiq təhsil nazirlərimizdən birinin “təhsildən incik düşənlər çevrilib ekspert olurlar” kimi bayağı “bəyanatı” bizdə ekspert institutunun formalaşmasını və inkişafını xeyli əngəlləmiş və nüfuzdan salmış oldu. Düzdür, ədalət naminə etiraf etməliyik ki, son illər bu sahənin sağlamlaşdırılması istiqamətində müəyyən addımlar atılır. Ölkə başçısının sərəncamına əsasən, Milli Məclis tərəfindən “İctimai iştirakçılıq haqqında” Qanun qəbul olunub. Təhsil sahəsində xüsusi xidmətləri olan, böyük həyat və peşə təcrübəsi keçmiş bir çox tanınmış təhsil mütəxəssislərimiz müxtəlif təhsil müəssisələrində yaradılan “İctimai Nəzarət şuraları”nınüzvləridirlər, ayrı-ayrı beynəlxalq və respublika səviyyəli forumlara, debatlara dəvət alırlar, mülahizələrini bildirirlər və s», - deyə ekspert bildirib.

“O ki qaldı mənə...”

N.İsrafilov qeyd edib ki, kimin və ya kimlərinsə özünə “ekspert” yarlığı yapışdırması, hələ heç də onun ekspert olması anlamına gəlmir. Onun sözlərinə görə, bu halı əksəriyyət heçdə rəğbətlə qarşılanmır:

“Bu adı daşımaq üçün, bu sahədə kifayət qədər təcrübən, xidmətin, hörmətin, tanınmağın və nüfuzun olmalıdır.O ki qaldı məsələ ilə bağlı mənə də müraciət etməyinizə, təyinat əsasında kənd müəllimliyindən akademik təhsili belə başa vurmağımı, təhsilin bir sıra yuxarı idarəetmə orqanlarında çalışmaqla uzun bir təcrübə yolu keçməyimi, bir çox proqram, tədris vəsaitlərinin müəllifi olmağımı, onlarla beynəlxalq sertifikatlara, diplomlara və təltiflərə yiyənlənməyimi də bir kənara qoysaq belə, yazılı və elektron mediada dərc olunan 7000 min məqalə və müsahibələrin heç birində özümü ekspert kimi təqdim etməmişəm. Sadəcə olaraq, məni ekspert kimi qəbul edib, dəyərləndiriblər».

“Ekspert yoxsa vunderkind?”

“Əgər, bir az da dərininə getsək və xırdalıqlara varsaq gəldiyim qənaət ondan ibarətdir ki, ekspert adlandırdığımız şəxs, təhsilin bütün geniş spektli məsələləri üzrə deyil, nisbətən daha konkret – “məktəbəqədər və ümumi orta təhsil”, “peşə təhsili”, “elm və ali təhsil”, “xaricdə təhsil”, “təhsilin iqtisadiyyatı” kimi sahələr və pillələr üzrə ixtisaslaşmalı və tanınmalı, yeri gəldikcə məsələlərə münasibətdə yetərli və qətiyyətli söz sahibi olmalıdır. Əks halda ona “ekspert” deyil, “vunderkind” deyilməlidir”, - deyə Nadir İsrafilov əlavə edib.