Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 11:00:38
Tətbiq edilsə, təhsilimizdə inqilab yaradacaq təlim metodu – Müəllimlərin diqqətinə!  

Çox vaxt şagird və müəllimlər tədris proqramının ağırlığından şikayətlənir, sinifdə heç də bütün şagirdlərin eyni olmadığını, hər birinin mövzunu eyni şəkildə mənimsəməsinin mümkünsüzlüyünü bildirirlər.

Bəziləri dünya ölkələrində tədris proqramının şagirdlərin qavrama bacarıqlarına uyğun tərtib olunduğunu, bu səbəbdən məktəb sistemində belə çətinliklərin olmadığını  düşünsələr də, əslində,  eyni problemlər bütün ölkələr üçün keçərlidir. Sadəcə, problemdən çıxış yolları fərqlidir.

Məsələn, dünya təcrübəsidə tədris proqramı şagirdlərin qavrama dərəcəsinə uyğun olmadıqda müxtəlif metodlar tətbiq olunur. Onlardan ən asası isə Feynman metodudur.  Şagirdlərin təlimatlandırıldığı bu üsul mövzunu dərin mənimsəmək və uzun müddət yaddan çıxarmamaq üçün istifadə edilir. Deyilənə görə, şagirdlərin bildiklərini imtahan zamanı unutmasının da qarşısını alır.O, Nobel mükafatçısı fizik Riçard Feynman tərəfindən tövsiyə edilib.

AzEdu.az məşhur fizikin şagirdlərinə dərsi yadda saxlamaq üçün təklif etdiyi üsulları təqdim edir:

-Boş vərəq götürün. Öyrəndiyiniz mövzunun girişini vərəqə yazın. Cümlələr özü sizi mövzunun məğzinə gətirəcək.

-Vərəqin boş qalan hissəsinə isə mövzunu tam məlumatsız birinə şifahi danışırmış kimi sadə dildə yazın. Azyaşlının belə başa düşəcəyi dildə yazsanız, çətin mövzu sizin üçün asanlaşacaq.

-Unutduğunuz, xatırlamaqda çətinlik çəkdiyiniz hissələr olarsa, vərəqi kənara qoyun. Kitabdan həmin hissəni yenidən oxuyun. Öyrəndiklərinizi kağıza yaza biləcəyinizdən əmin olana qədər onları təkrar-təkrar oxuyun.

- IV aşamada isə vərəqi gözdən keçirə bilərsiniz. Yazdıqlarınızı artıq unutduqda isə ilk mənbəyə dönmədən vərəqdən oxumaq daha doğrudur. Bu, göz yaddaşının da möhkəmlənməsinə cidmət edəcək.

Əksər dahilərin dediyinə görə, yadda saxlamağın ən yaxşı yolu 6 yaşlı birini tapıb öyrəndiklərini ona əzbər danışmaqdır. O sizi anlasa, deməli mövzunu həqiqətən başa düşüb. Hətta Eynşteyn deyirdi, ki, “bir şeyi 6 yaşlı uşağa sadə dillə başa sala bilmirsizsə, deməli özünüz də anlamamısız”.

Stanford Universitetinin pedaqoqu Candace Thille isə öyrədilənləri asan qavramaq və uzun müddət yadda saxlamaq üçün başqa bir metod təklif edib. O, kitab oxuyarkən hərf və sətirlərin altından xətt çəkməyin əleyhinədir və bunu vaxt itkisi hesab edir. Əvəzində isə başqa bir metod təklif edir. Yadda saxlamaq üçün altından xətt çəkəcəyiniz cümlələri öz sözlərinizlə ifadə edərək ucadan deyin.

Onun fikrincə, şagirdlərə öyrənməyə mane olan bir fikir var. Düşünürlər ki, əgər bir mövzuda çətinlik çəkirəmsə, deməli onu öyrənə bilməyəcəyəm. Bu fikirlərlə çətin mövzuların üstündən keçib daha asan mövzular üzərində işləməyə başlayırlar.

Bu, potensialını hədər etməkdən başqa bir şey deyil. Əslində isə öyrənməyə bütün çətinliklərə baxmayaraq başlamaq lazımdır.

Thille bildirir ki, şagirdlər imtahana sonuncu gün daha çox hazırlaşsalarda, öyrəndiklərini qısa müddət sonra unudurlar. Çünki onlar sadəcə əzbərləyirlər. Bundansa fasilələrlə oxumaq daha faydalıdır. Fasilə verdiyimiz müddətdə bəzi öyrəndiklərimizi unuda bilərik, amma yaddaşımızda qalanlar uzunmüddətli olacaq.

Şagirdlər adətən dərindən bildikləri və asan öyrəndikləri fənnlərə üstünlük verib onu daha ox oxumasını bildirən Thille deyir ki, bu, həmin fənnlərin şagirdi moyivasiya etməsi ilə də bağlı ola bilər. Əslində isə zəif olduğu fənnə daha çox vaxt ayıranlar qazanır. Uğurun ilk sirri öz zəifliklərini bilməkdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları