Azedu.az

BMU TGT-yə yeni sədr seçilib

Xəbərlər

10 Dekabr 2025, 13:42
BMU TGT-yə yeni sədr seçilib

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatına (TGT) yeni sədr seçilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil edilən seçkilərdə universitetin Mühəndislik fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasının I kurs tələbəsi Məryəm Alıyeva səs çoxluğu ilə bu posta layiq görülüb.

AzEdu.az xəbər verir ki, Məryəm Alıyeva ilk kurs tələbəsi olmasına baxmayaraq, universitet həyatında, müxtəlif layihələrdə fəallığı və təşkilati bacarıqları ilə fərqlənir. Məhz bu aktiv fəaliyyətinə görə o, tələbələr arasında etimad qazanaraq TGT-yə rəhbərlik hüququ əldə edib.

Yeni sədr TGT-nin fəaliyyətinin daha da gücləndirilməsi, tələbələrin sosial, elmi və digər təşəbbüslərinin dəstəklənməsi istiqamətində işlərin davam etdiriləcəyini, ona göstərilən etimadı doğruldacağını bildirib.

BMU TGT 2016-cı ilin fevral ayından fəaliyyət göstərir. Gənclərin sosial, akademik və ictimai fəallığının artırılmasında əhəmiyyətli platforma olan təşkilat tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi, həmçinin onların iştirakı ilə müsabiqələr, seminarlar, sərgilər, elmi konfranslar, təlim kurslarının gerçəkləşdirilməsində fəal rol oynayır.   

 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox