Azedu.az

Qızlar gənclik dövründə özünəinamda oğlanları qabaqlayıb- ARAŞDIRMA

Araşdırma

29 Oktyabr 2025, 10:09
Qızlar gənclik dövründə özünəinamda oğlanları qabaqlayıb- ARAŞDIRMA

Alimlərin apardığı səkkizillik izləmə (follow-up) araşdırmasının nəticələri gənclərin psixoloji inkişafında maraqlı meyilləri üzə çıxarıb. Tədqiqat 15 yaşından başlayaraq 23 yaşına qədər olan dövrdə gənclərin özünəinam, həyat məmnuniyyəti, bədən imici, eləcə də həyəcan və depressiya hallarını ölçüb.

AzEdu.az-ın əldə etdiyi araşdırmaya əsasən, xanımlar (qız iştirakçılar) illər keçdikcə özünəinamlarını və həyat məmnuniyyətlərini mühüm dərəcədə artırıblar. 23 yaşına çatdıqda onların ümumi rifah göstəriciləri, yəni həyatdan razılıq və özünü dəyərli hiss etmə səviyyəsi, bəylərlə (oğlan iştirakçılarla) müqayisədə daha yüksək olub.

Tədqiqat göstərib ki, bu dövrdə xanımlar psixoloji baxımdan daha çox “özünü tapma” və “emosional yetkinlik” mərhələsini yaşayırlar. Eyni zamanda bəylər arasında bədən imici və emosional stabillik göstəriciləri bir qədər üstün görünsə də, onların həyat məmnuniyyəti və özünəinam səviyyəsi eyni templə yüksəlməyib.

Alimlərin fikrincə, bu nəticələr göstərir ki, gənclik dövründə gender fərqləri özünü psixoloji inkişafda da açıq şəkildə göstərir. Qızlar daha çox daxili inkişaf və emosional yetkinlik qazanarkən, oğlanlar daha çox sosial rollar və bədən imici ilə əlaqəli məsələlərdə sabit qalırlar. Bu baxımdan, tədqiqatın müəllifləri qeyd edirlər ki, gənclərin rifahını artırmaq üçün genderə həssas psixoloji və sosial dəstək proqramlarının hazırlanması vacibdir.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox