Azedu.az

Hansı ölkələrdə dini təhsil verilir? - ARAŞDIRMA

Araşdırma

23 Oktyabr 2025, 14:59
Hansı ölkələrdə dini təhsil verilir? - ARAŞDIRMA

Müasir dünyada ölkələrdə dini təhsilin məcburi olub-olmaması müxtəlif yanaşmalarla tənzimlənir.

AzEdu.az bununla bağlı araşdırma aparıb.

Bruneidə bütün müsəlman uşaqlar üçün dini təhsil qanunla məcburidir. 7-15 yaş arası uşaqlar dini məktəblərdə İslam qaydaları və Quran bilikləri öyrənir.

Yunanıstanda dövlət məktəblərində “din dərsi” məcburi fəndir. Lakin xristian olmayan və ya ateist şagirdlər valideyn ərizəsi ilə dərsdən azad edilə bilərlər.

Türkiyədə “Din kültürü və əxlaq bilgisi” fənni proqramda yer alır. Məcburi sayılmasına baxmayaraq, qeyri-müsəlman övladları valideyn müraciəti ilə dərsdən azad edilə bilir.

Qazaxıstanda isə orta məktəblərdə dini maarifləndirmə dərslərinin tətbiqi regiondan-regiona fərqlənir. 2009-cu ildə bəzi yaş qrupları üçün məcburi elan olunmuşdur.

Avropada isə vəziyyət daha fərqlidir. 46 ölkədən 25-də dini təhsil məcburi fənndir. Digərlərində isə ya etika dərsləri ilə əvəz olunur, ya da şagirdlərə seçim imkanı verilir. Məsələn, Almaniyanın bəzi federal əyalətlərində din dərsləri proqramdadır, Skandinaviya ölkələrində isə yalnız “dinlər haqqında ümumi bilik” tədris olunur.

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox