Azedu.az

İmtahan sistemi necə yaranıb və inkişaf edib? - ARAŞDIRMA

Araşdırma

1 Oktyabr 2025, 16:46
İmtahan sistemi necə yaranıb və inkişaf edib? - ARAŞDIRMA

İmtahan sistemi  şagird və ya tələbənin bilik, bacarıq və düşünmə qabiliyyətini yoxlamaq və qiymətləndirmək üçün istifadə olunan vasitədir. Bu sistem zamanla formalaşaraq, müxtəlif cəmiyyətlərdə və dövrlərdə fərqli formalarda tətbiq olunmuşdur. İmtahanlar ilkin olaraq dövlət idarəçiliyində səriştəli şəxsləri seçmək məqsədilə istifadə olunsa da, zaman keçdikcə təhsilin əsas komponentlərindən birinə çevrilmişdir.

AzEdu.az imtahan sisteminin tarixi inkişaf mərhələsini araşdırıb.

İmtahan sisteminin ilk forması Çin imperiyasında yaranmışdır. Burada Keju  adlı dövlət imtahanları sistemi vasitəsilə dövlət məmurları seçilirdi. Bu sistem eramızın 605-ci ilində rəsmi şəkildə formalaşmış, lakin kökləri daha əvvəllərə, e.ə. III əsrə, Qin sülaləsinə dayanır.

169142

Namizədlər Konfutsi təlimlərinə, klassik Çin ədəbiyyatına və dövlət idarəetməsi prinsiplərinə dair geniş yazılı imtahanlar verirdilər. İmtahanlar çoxmərhələli idi və illərlə hazırlıq tələb edirdi. İmtahanların nəticəsi yalnız şəxsi savad və biliyə əsaslandığı üçün sosial bərabərliyin təşviqinə xidmət edirdi. Sistem 1905-ci ilə qədər Çində qüvvədə olmuş və sonra ləğv edilmişdir. Bu sistem dünyada ilk kütləvi və meritokratiya (bacarığa əsaslanan seçki) əsaslı imtahan nümunəsi hesab olunur.

169143

Formal yoxlamanın ilkin formaları:

Qədim Yunanıstanda və Romada müasir imtahanlara bənzər sistemlər mövcud olmasa da, şifahi qiymətləndirmə və ictimai müzakirə əsas tədris metodları idi. Platonun Akademiyasında və Aristotelin Liseyində tələbələr müntəzəm olaraq müzakirələrə cəlb olunurdular. Bu, onların düşünmə və ifadə bacarıqlarının qiymətləndirilməsi formasında qəbul edilirdi. 

Universitet sistemində imtahanların yaranmasına nəzər salaq (12–15-ci əsrlər)

Avropada ilk universitetlər  Bologna (1088), Paris (1150), Oxford (1096), Cambridge (1209)  yaranmağa başladıqca, tələbələrin biliyinin yoxlanılması da sistemləşməyə başladı. İmtahanın formaları isə belə idi:

Əsasən şifahi imtahanlar idi.

Tələbələr müəllimlərin və digər tələbələrin qarşısında sualları cavablandırmalı, tezislərini müdafiə etməli idilər.

Bu dövrdə imtahanlar daha çox filosofiya, ilahiyyat və hüquq sahələrində tətbiq edilirdi.

Azərbaycanda imtahan sisteminin inkişafı:

Sovet dövründə (1920-1991)

Məktəblərdə və ali məktəblərdə şifahi və yazılı imtahanlar tətbiq olunurdu. Ali məktəblərə qəbul üçün şifahi qəbul imtahanları keçirilirdi.

Müstəqillik dövrü:

169144

1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı. İlk dəfə test üsulu ilə ali məktəblərə qəbul imtahanları keçirildi. 2016-cı ildən etibarən TQDK-nın adı Dövlət İmtahan Mərkəzi (DİM) olaraq dəyişdirildi. Hal-hazırda Azərbaycanda bütün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul test üsulu ilə, mərkəzləşdirilmiş şəkildə aparılır.

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox